Şriftin ölçüsü :

Saytın rəngi :

"Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində Sabunçu rayonunu uğurla təmsil edərək qalib olan komandayla görüş keçirildi.

07 iyun 2024 | 16:10
07.06.2024-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında "Şahin” hərbi-idman oyununun Bakı şəhər zona birinciliyində Sabunçu rayonunu uğurla təmsil edərək qalib olan 67 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komandayla görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hak­imiyyəti başçısının müavinləri, Bakı şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rakif Əliyev, 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova və qalib komandanın üzvləri iştirak edirdilər.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, "Şahin” hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, şagirdləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına dəstək göstərməkdir. Bu gün Azərbaycanda güclü, intellektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişdiyini vurğulayan A.Vəliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi qələbəmizin buna sübut olduğunu diqqətə çatdırdı.
Digər çıxış edənlər də qalib komanda üzvlərini təbrik edərək oyunun respublika üzrə keçiriləcək növbəti mərhələsində uğurlar arzuladılar.
Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən komanda üzvlərinə hədiyyələr təqdim olundu.
Keçidlər