“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabunçu rayon gəncləri Azərbaycan Memarlıq və İnşaat Universitetində qonaq oldular.
08 sentyabr 2026 | 11:01
08.09.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı, Sabunçu Gənclər Evinin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayonun bir qrup fəal gənci Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində qonaq oldular.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva, Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP-ın Sabunçu rayon təşkilatının məsul nümayəndələri və rayonun fəal gəncləri iştirak edirdilər.
Fakültənin dekanı m.ü.f.d., professor Zahidə Məmmədova gənclərə fakültənin tarixi barədə məlumat verərək yüz ildən artıq tarixi olan fakültənin öz köklü ənənələrinə görə memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında hər zaman fərqləndiyini bildirdi. Fakültədə memarlıq üzrə respublikanın ən tanınmış alimləri və praktik memarları fəaliyyətlə məşğul olmuş və öz bilik və bacarıqlarını yeni nəsil memarlarının formalaşmasına yönəltmişdir. Z.Məmmədova gəncləri ali məktəbin məzunlarının uğurlu layihələri ilə tanış edərək gənclərin beynəlxalq sferada əldə etdikləri nailiyyətlərdən də söz açdı. Tədbirdə gənclər ali məktəbin zəngin kitabxana fondu, qədim tarixi olan nadir kitabların qorunduğu guşə ilə tanış olaraq xoş təəssüratlar əldə etdilər.














