Sentyabrın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi H.Abbasov adına Mədəniyyət Mərkəzində “Cənnət sakinləri” tamaşası təqdim olunub
23 sentyabr 2022 | 13:00
Tamaşada qonaq qismində millət vəkili Jalə Əhmədova, Baş İdarənin rəisi İbrahim Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Abbasov, şair Baba Vəziroğlu, iş xanımı Ruhi Əliyeva, şəhid ailələri, qazilər, məktəb direktorları, 187, 255, 108 nömrəli tam orta məktəblərin müəllim və şagird heyəti iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Vətən müharibəsində canlarından keçərək şəhidlik zirvəsinə ucalan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Aparıcılar Günay Firudinqızı və Ayaz Məmmədov qonaqları salamlayaraq, Qarabağ müharibəsi haqqında ətraflı məlumat veriblər. Sonra rejissoru Lalə Hacıyeva olan 27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş “Cənnət sakinləri” tamaşası təqdim olunub.
Tamaşada rolları Mədəniyyət Mərkəzinin xalq teatrının üzvləri ifa ediblər.