Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar görüş zamanı vətəndaşların qaldırdığı məsələlərə yerində baxılmışdır

28 iyun 2022 | 17:27
08.06.2022-ci il tarixdə Sabunçu RİHB-nın Bilgəh qəsəbəsində vətəndaşlarla səyyar görüşü zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapmışdır. Həmçinin bir qrup sakin Hacıağa Dadaşov və Şəmsi Əsədullayev küçələrini intensiv yağan yağışlar zamanı su basması nəticəsində qəsəbə sakinlərinin gediş-gəlişin çətinləşdiyini, təcili tibbi yardım, FHN və polis əməkdaşlarının sözügedən ünvana dəqiq və zamanında çatması qeyri-mümkün olduğunu söyləmişlər.
Qeyd edilən şikayətlərlə bağlı Sabunçu RİH başçısı cənab Adil Vəliyev, Sabunçu RİHB Aparatının şöbə müdirləri, Sabunçu RİHB-nın Bilgəh QİƏD üzrə nümayəndəsi və şikayətçi olan sakinlərlə birlikdə sözügedən əraziyə yerində baxış keçirilmiş və məsələnin həlli istiqamətində A.Vəliyev tərəfindən müvafiq göstərişlər verilmişdir. Qısa müddət ərzində RİH başçısı tərəfindən verilmiş müvafiq göstərişlər öz həllini tapmışdır.
Belə ki, qəsəbənin Şəmsi Əsədullayev küçəsinə eni 4 m, uzunluğu 425 m olmaqla 1700 kv.m sahəyə yeni asfalt örtüyü vurulmuş, sakinlərin və avtomobillərin gediş-gəlişi üçün rahat şərait yaradılmışdır. Hacıağa Dadaşov küçəsinə isə yağış sularının yığılması ilə bağlı şikayət edən vətəndaşların müraciətinə əsasən “Azərsu” ASC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və yaxın günlərdə məsələnin həlli istiqamətində işlərə başlanacaqdır.
Keçidlər