“Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin Sabunçu rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar tədbir keçirildi
02 mart 2023 | 11:37
02.03.2023-cü il tarixdə YAP-ın Sabunçu rayon təşkilatının inzibati binasında “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin Sabunçu rayon təşkilatının yaranmasının 30 illiyi ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin sədri Tatyana Kərimova, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin İdarə Heyətininin üzvləri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Ədalət Teymurov, “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin Bakı şəhər rayon təşkilatlarının sədrləri və Sabunçu rayon təşkilatının üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Arqutqin Vladimir Vasilyeviç açaraq ictimai birliyin 30 illik fəaliyyəti haqqında geniş məlumat verdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimi-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ədalət Teymurov çıxış edərək “Sodrujestvo” Azərbaycan Xalqlarının Həmrəyliyi İctimai Birliyinin Sabunçu rayon təşkilatının fəaliyyətinə uğurlar dilədi. Ə.Teymurov ölkəmizin multikultural dəyərlərə malik tolerant bir dövlət olmasından, milli kimliyindən, dinindən, dilindən, irqindən asılı olmayaraq insanların birgə xoşbəxt yaşamasından, ölkə rəhbərinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən geniş danışdı.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizdə yaradılan əmin-amanlıqdan, milli həmrəylikdən, qeyri-millətlərin nümayəndələrinə göstərilən xüsusi ehtiram və hörmətdən söz açdılar.