Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda erkən nikahların və qız uşaqlarının təhsildən yayınmasının qarşısının alınması məqsədilə görüşlər davam etdirilir

20 aprel 2022 | 17:00
   20.04.2022-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində Sabunçu rayonunun Bakıxanov, Ramana və Sabunçu qəsəbələrinin məktəblərində təhsil alan şagirdlərin valideynləri ilə görüş keçirildi.
   Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, psixoloq Səidə Əhmədova, AQUPDK-nın Ailə problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Sabunçu Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə profilaktiki işin təşkili şöbəsinin böyük inspektoru, polis-polkovnik leytenantı Asif Məlikov, qəsəbələrdə yerləşən təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə sədrləri və valideynlər iştirak edirdilər.
   Mövcud problemlərin müzakirəsi istiqamətində keçən görüşdə erkən nikah və təhsildən yayınma hallarının qız uşaqlarının həyatında yaratdığı fəsadlar, sosial və digər məişət problemlərinin təhsilə maneə törətməməsi və bütün aidiyyəti qurumların qeyd edilən istiqamətdə birgə fəaliyyət göstərməsinin səmərəliliyinin əhəmiyyətindən bəhs edildi.
   Görüş iştirakçılarına erkən nikah və uşaq hüquqları ilə bağlı maarifləndirmə vəsaitləri paylanıldı.
   Görüşlərin Sabunçu rayonunun digər qəsəbələrində də davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər