Şriftin ölçüsü :

Saytın rəngi :

“Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir.

20 may 2025 | 15:11
20.05.2025-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi” mövzusunda müşavirə keçirilmişdir. Müşavirədə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Həsənli, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları, Sabunçu Rayon Kommunal Təsərrüfatı idarəsinin rəisi Anar Qalayev, Təcili Tibbi Yardım Stansiyasının Sabunçu rayon ərazisində fəaliyyət göstərən Stansiyalarının baş həkimləri, Sabunçu Rayon Polis İdarəsi və Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri, dəniz kənarında fəaliyyət göstərən müəssisələrin sahibləri, iş adamları və aidiyyatı dövlət qurumlarının nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Elşən Həsənli çimərlik mövsümünün başlanması ilə əlaqədar rayon ərazisində fəliyyət göstərən dəniz kənarındakı iaşə və istirahət obyektlərinin mövcud vəziyyəti və istirahətə gələn vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində aidiyyəti dövlət qurumları, o cümlədən, FHN-nin əlaqədar bölmələrinin gördüyü işlər, sahibkarların üzərinə düşən vəzifə və öhdəliklər, həmçinin, çimərlikdə yaradılan şərait barədə ətraflı məlumat verdi.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşı mayor Vasif Məmmədov “Rayon çimərliklərində aparılan monitorinqlərin nəticələri”, Sabunçu Rayon Kommunal Təsərrüfatı idarəsinin rəisi Anar Qalayev “Əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, Sabunçu Rayon Təxirəsalınmaz Təcili Tibbi Yardım Stansiyasının böyük həkimi İlham Əzizov “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, Sabunçu Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndəsi Elmar Allahverdiyev “Dəniz suyunun təmizlik vəziyyəti” və Sabunçu Rayon Polis İdarəsinin nümayəndəsi Asif Əhmədov isə “Çimərliklərdə ictimai asayişin qorunmasının təşkil olunması və vəziyyəti” mövzularında çıxış edərək müşavirədə iştirak edən iş adamlarını maraqlandıran suallara cavab verdilər.
Keçidlər