Şriftin ölçüsü :

Saytın rəngi :

“Sülh Aylığı” çərçivəsində Sabunçu rayonunda uşaqlar arasında “Milli oyunlar” əyləncəli idman festivalı keçirildi

21 sentyabr 2026 | 14:29
21 sentyabr 2026-cı il tarixdə Balaxanı qəsəbəsi, Səfəvilər küçəsində Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Sabunçu rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə “21 sentyabr – Beynəlxalq Sülh Günü” münasibətilə 21 avqust–21 sentyabr tarixlərində ölkədə elan edilmiş “Sülh Aylığı” çərçivəsində uşaqlar arasında “Milli oyunlar” əyləncəli idman festivalı keçirildi.
Festivalın keçirilməsində məqsəd uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi, onların milli oyunlara marağının artırılması, sağlam həyat tərzinin və idmana həvəsin təşviq edilməsi, eləcə də uşaqlar arasında dostluq və həmrəyliyin gücləndirilməsi olmuşdur.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini vəzifəsini müvəqqəti icra edən Rəhimə İsmayılova və Sabunçu rayonu üzrə gənclər və idman sektorunun müdiri Rakif Əliyev iştirak etdilər.
Festival çərçivəsində uşaqlar arasında müxtəlif milli oyunlar üzrə əyləncəli idman yarışları təşkil edildi. Yarışlarda fəal iştirak edən uşaqlar Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif edildilər.
Keçidlər