Şriftin ölçüsü :

Saytın rəngi :

Tahir Hacıyev adına 252 saylı məktəb-liseyin 50 illik yubileyi qeyd edildi

17 dekabr 2022 | 15:05
17.12.2022-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Tahir Hacıyev adına 252 saylı məktəb-liseyin 50 illik yubiley tədbiri təntəli şəkildə qeyd edildi.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Abbasov, ümumtəhsil müəssisələrinin rəhbərləri, məktəbin adını daşıyan şəhidin ailə üzvləri, müəllimlər, valideynlər, şagirdlər və digər qonaqlar iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Daha sonra məktəbin uğurlarından bəhs edən videoçarx nümayiş etdirildi.
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Eldəniz Əkbərov qonaqları salamlayaraq təhsil müəssisəsinin tarixindən bəhs etdi. Bildirildi ki, I Qarabağ Müharibəsi şəhidi Tahir Hacıyevin adını daşıyan 252 nömrəli məktəb-liseyin təməli 1972-ci ildə qoyulub. Sonralar məktəb əsaslı şəkildə yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb. Belə ki, 2012-ci ildə məktəb əsaslı təmir edilib. Məktəb rəhbəri tədris ocağında hazırda 2500 şagirdin təlim-tərbiyəsi ilə 143 müəllimin məşğul olduğunu qeyd etdi. Direktor məktəbin pedaqoji kollektivinin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdiyini, məktəb şagirdlərinin müsabiqə və olimpiadalarda yüksək nailiyyətlər qazandığını da nəzərə çatdırdı.
Tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov ilk olaraq məktəb kollektivini 50 illik yubiley münasibəti ilə təbrik etdi, onlara işlərində müvəffəqiyyətlər arzuladı. H.Əsgərov təhsilin inkişafı istiqamətində əldə olunan uğurlar, həyata keçirilən layihələrdən bəhs etdi və respublikamızda bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şərait yaradıldığını bildirdi. Digər çıxış edənlər ölkə Prezidenti İlham Əliyevin  təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da  möhkəmlənməsilə nəticələndiyini bildirdilər.
Keçidlər