Şriftin ölçüsü :

Saytın rəngi :

tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

21 oktyabr 2024 | 13:30
   21 oktyabr 2024-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Nəsirov Əfqan Ramil oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, şöbənin böyük məsləhətçisi Fəqan Dünyamalıyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Nəsirov Əfqan Ramil oğlu 29.03.2001-ci ildə Sabunçu rayonu, Zabrat  qəsəbəsində anadan olmuşdur. 2018 ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 71 saylı tam orta məktəb bitirmişdir. 2019-cu ilin yiul ayında həqiqi hərbi xidmətə çağırılmışdır.Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
   20.10.2020-ci ildə Hadrut istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
21.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə”, Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Keçidlər