Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi və 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib

07 may 2026 | 19:20
07.05.2026-cı il tarixdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 103 illiyi və 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Böyükşor–Pirşağı şossesinin sağ kənarında, mədən ərazisində ağacəkmə aksiyası keçirilib.
  Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, YAP Sabunçu Rayon Təşkilatı və Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və YAP fəalları iştirak edib.
   Aksiya çərçivəsində ümumilikdə 400 ədəd zeytun ağacı əkilib və yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.
Keçidlər