Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Kürdəxanı qəsəbəsində ağacəkmə aksiyası keçirildi

15 mart 2023 | 17:28

15.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Kürdəxanı qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hökumə Qurbanova küçəsində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruhin Orucov,  Kürdəxanı qəsəbə bələdiyyəsinin sədri Ağaəli Məsimov, Kürdəxanı qəsəbəsində fəaliyyət göstərən ümumtəhsil və səhiyyə müəssisələrinin əməkdaşları, qəsəbə sakinləri iştirak edirdilər.

Aksiya çərçivəsində ərazidə 100 ədəd eldar şamı ağacı əkildi.

 

Keçidlər