Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə əziz xatirəsi ehtiramla yad edildi
10 may 2026 | 17:46
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə əziz xatirəsi ehtiramla yad edildi.
10.05.2026-cı il tarixdə müasir və müstəqil Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati dairələri üzrə nümayəndəlikləri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin digər nümayəndələri Fəxri Xiyabanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzdülər və əziz xatirəsini ehtiramla yad etdilər.














