Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi

10 may 2022 | 16:58

    10.05.2022-ci il tarixdə müasir, müstəqil və qalib Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev və Rayon İcra Hakimiyyəti başçısının müavinləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.

   Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək abidələri önünə gül dəstələri düzdülər.

Keçidlər