Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edildi

10 may 2024 | 15:03
   10.05.2024-cü il tarixdə müasir, müstəqil və qalib Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradov, Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən istirahət parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
   Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin kollektivi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edərək abidələri önünə gül dəstələri düzdülər.
Keçidlər