Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Bakıxanov qəsəbəsində ağacəkmə aksiyası keçirildi

17 mart 2023 | 17:40

17.03.2023-cü il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və YAP-ın Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsindəki “Gülüstan” parkında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası keçirildi.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəiyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP-ın Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının və YAP-ın Sabunçu rayon təşkilatının məsul əməkdaşları, gənc fəallar iştirak edirdilər.

Aksiya çərçivəsində ərazidə 100 ədəd eldar şamı və kiparis ağacları əkildi.

Keçidlər