Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Dadıyev Elnur Cəlal oğlunun ildönümü mərasimi keçirildi

28 oktyabr 2022 | 16:42
    28 oktyabr 2022-ci ildə Sabunçu rayonu, Balaxanı qəsəbəsində Vətən müharibəsi şəhidi Dadıyev Elnur Cəlal oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbə nümayəndəsi vəzifəsini icra edən Ruhin Orucov, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
   Dadıyev Elnur Cəlal oğlu 06.03.1998-cı il tarixində Lerik rayonunda anadan olmuşdur. 2005-2011-ci illərdə 94 №-li, 2011-2013-cü illərdə isə Sabunçu rayonu, Balaxanı qəsəbəsində yerləşən 69 №-li məktəbdə oxumuşdur.
2016-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
28.10.2020-ci ildə Füzuli rayonu istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
   
 
Keçidlər