Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Kazımov Kamran Qurbanəli oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

06 oktyabr 2023 | 16:42
06 Oktyabr 2023-cü ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Kazımov Kamran Qurbanəli oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Kamran Kazımov 1990-cı il dekabrın 7-də Rusiya Federasiyasının Vologdo vilayətində anadan olmuşdur. 1992-ci ildən etibarən ailəsi ilə birgə Azərbaycanda yaşamağa başlayıb. 2012-2014-cü ildə Daxili Qoşunların Ali Hərbi Məktəbində təhsil alıb və ona “Leytenant” rütbəsi verilib. Vətən müharibəsində Daxili Qoşunların baş leytenantı olan K.Kazımov xüsusi qəhrəmanlıq göstərib və 5 oktyabrda Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 6 oktyabrda II “ŞəhidlərXiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, medalları ilə təltif olunub
Keçidlər