Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

12 oktyabr 2023 | 16:21
12 oktyabr  2023-cü ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Vətən müharibəsi şəhidi Quliyev Asim Bəkir oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Həmid Qalayev, Bakıxanov bələdiyyəsinin sədri Ramis Nəsibov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Quliyev Asim Bəkir oğlu 02.03.1996-cı il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur.2012-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 107 saylı tam orta məktəbi bitirmişdir. Həqiqi hərbi xidmət zamanı Aprel döyüşlərində iştirak etmişdir. Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 12.10.2020-ci ildə Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 12.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni,  “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər