Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Sadıqov Rəsul Həşim oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

11 oktyabr 2023 | 15:52
11 Oktyabr 2023-cü il tarixdə Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Sadıqov Rəsul Həşim oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Rauf Həsənov, şəhidin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
Rəsul Sadıqov 3 mart 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq vaxtlarından idmanla məşğul olmuş, güləş üzrə müxtəlif nailiyyətlər qazanmışdır. Vətən müharibəsi zamanı Ağdərə, Suqovuşan istiqamətində döyüş əməliyyatlarında iştirak etmişdir. 10 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 11 oktyabr 2020-ci il tarixdə Pirşağı qəsəbəsi, “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
 
 
 
Keçidlər