Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Mütəllimzadə Ağacavad Ələsgər oğlu və Səttarov Emin Ramil oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi

26 oktyabr 2022 | 11:50
   26 Oktyabr 2022-ci ildə Sabunçu rayonunda Vətən müharibəsi şəhidləri Mütəllimzadə Ağacavad Ələsgər oğlu və Səttarov Emin Ramil oğlunun ildönümü münasibətilə anım mərasimləri keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərid Məmmədəliyev, Zabrat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elvin Şiriyev, şəhidlərin ailə üzvləri, qəsəbə sakinləri iştirak etmişdir.
   Mütəllimzadə Ağacavad Ələsgər oğlu 14.08.1997-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində anadan olmuşdur.Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən 108 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirmişdir.2015-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır.
   Vətən müharibəsi başlayan kimi könüllü ordu sıralarına yazılmış, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.
   25.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
   26.10.2020-ci ildə Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq  Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
   Səttarov Emin Ramil oğlu 25.05.2001-ci ildə Bakı şəhəri, Sabunçu rayonunda anadan olmuşdur.2018-ci ildə Sabunçu rayon, Pirşağı qəsəbəsində yerləşən 10 nömrəli Sanatoriya tipli İnternat məktəbini bitirmişdir. 08.07.2020-ci ildə həqiqi hərbi xidmətə çağrılmışdır.Vətən müharibəsi başlayanda xidmət etdiyi hərbi hissədən könüllü müharibəyə qatılmış, Füzuli, Xocavənd istiqamətində istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. 24.10.2020-ci ildə Qubadlı rayon istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. 26.10.2020-ci ildə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
 
Keçidlər