Şriftin ölçüsü :

Saytın rəngi :

VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri Sabunçu rayonunun Nardaran qəsəbəsində keçirildi

01 iyul 2022 | 13:27
30.06.2022-ci il tarixdə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində yerləşən Nardaran Mədəniyyət Mərkəzində keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, xidmət sahələrinin rəisləri, rayon ərazisində fəaliyyət göstərən təhsil, səhiyyə və mədəniyyət müəssisələrin rəhbərləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları  və digər qonaqlar iştirak edirdilər.
Münsiflər heyətinin tərkibində Azərbaycanın ustad muğam ifaçıları və şeir-sənət biliciləri olan xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Sərdar Fərəcov, Nəzakət Teymurova, Teyyub Aslanov, əməkdar artist Fərqanə Qasımova və layihənin icraçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi iştirak edirdilər. Gənc xanəndələrin ifası dəyərli münsiflər heyəti tərəfindən 10 bal sistem üzrə qiymətləndirildi.
VIII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələrinin Bakının Sabunçu rayonunun qədim və zəngin tarixə malik Nardaran qəsəbəsində keçirilməsi sakinlər tərəfindən yüksək rəğbətlə qarşılandı.
Qeyd edək ki, Heydər Əliyev Fondu tərəfindən muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması və yeni ifaçılar nəslinin yetişdirilməsi məqsədi ilə 2005-ci ildən “Muğam televiziya müsabiqəsi” keçirilir. VIII “Muğam“ müsabiqəsi də Azərbaycan muğamının dünya miqyaslı uğurlarına xidmətin bariz nümunəsi, bütövlükdə dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən mədəniyyətimizə, musiqimizə göstərilən təmənnasız qayğının əvəzedilməzliyinin sübutudur. Gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri, təsnif və mahnılar onların böyük səhnəyə doğru yürüşünün uğurla nəticələnəcəyi barədə çoxmilyonlu tamaşaçı və dinləyici qənaətinin formalaşmasına və möhkəmlənməsinə əsaslı zəmin verir.
 
 
Keçidlər