Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş ümumrespublika mini futbol turnirinə start verilmişdir

26 oktyabr 2022 | 11:52

   15 oktyabr 2022-ci ildə Yeni Azərbaycan Partiyasının 30 illik yubileyinə həsr olunmuş ümumrespublika mini futbol turnirinə start verilmişdir. Qrup mərhələsi çərçivəsində keçirilən oyunlar üzrə B qrupunda yer alan YAP Sabunçu komandası ilk oyununda YAP Suraxanı komandası ilə üz-üzə gəlmiş və 7-0 hesabı ilə qalib gəlmişdir. Qrupun növbəti oyunlarında YAP Sabunçu komandası YAP Xətai komandasını 4-1, YAP Pirallahı komandasını isə 4-0 hesabı ilə məğlub edərək pleyof mərhələsinə yüksələrək 72 komanda arasından ilk 12 komanda arasına adını yazdırmışdır.
   Pleyof oyununda YAP Nərimanov komandası ilə qarşılaşan komandamız əsas hissəni 1-1 hesabı ilə başa vurmuşdur. Qalibi müəyyənləşdirmək üçün keçirilən penal atışlarında isə 4-3 hesabı ilə qələbə qazanaraq Bakı çempionluğunu qazanmış və Respublika üzrə ən güclü 6 komanda arasına adını yazdırmışdır. Hal-hazırda YAP Sabunçu komandası respublika birinciliyində yarımfinala vəsiqə qazanmışdır və oktyabrın 29-da YAP Abşeron komandası ilə qarşılaşacaq.

Keçidlər