Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatına yeni sədr təyin olundu

05 yanvar 2023 | 17:47
   05.01.2023-cü il tarixdə Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının yeni təyin olunmuş sədri Araz Xudadanov ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə keçirilən yığıncaqda yerli təşkilatların partiya aktivinə təqdim olundu.
    İlk olaraq qonaqlar rayon təşkilatının inzibati binasında Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
   Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlarından bəhs edərək partiyanın fəallarının ölkəmizin nailiyyətlərinin təbliği işində aktiv şəkildə iştirak etdiyini diqqətə çatdırdı. Vurğulandı ki, hər bir siyasi təşkilat mütəmadi olaraq yenilənməli, ideoloji prinsiplərini yeni dövrün tələblərinə uyğunlaşdırmalı, funksional və struktur islahatları baxımından dövrün çağırışlarına cavab verməlidir. Bu baxımdan, YAP-ın VII Qurultayında vacib qərarların qəbul edilməsi, yeni nizamnamənin qəbulu təşkilati nöqteyi-nəzərdən xüsusi önəm daşıyır.
   Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ulu Öndərin layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən dahi şəxsiyyətin ideyaları və arzularının həyata keçirilməsi, ölkəmizin güclənməsi və daha da inkişaf etməsi istiqamətində reallaşdırılan genişmiqyaslı layihələrdən söz açdı.
   Tədbirdə çıxış edən Araz Xudadanov göstərilən etimada görə partiya rəhbərliyinə təşəkkürünü bildirərək qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu partiyada təmsil olunmaq böyük şərəf və məsuliyyətdir. Vurğulandı ki, partiya rəhbərliyinin qarşıya qoyduğu tapşırıqların və tövsiyələrin yerinə yetirilməsi rayon təşkilatının bundan sonra da başlıca vəzifəsi olacaq.
   Daha sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov və  Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Vəli Qaraçaylı rayon təşkilatının yeni sədrini təbrik edərək gələcək fəaliyyətində uğurlar arzuladılar.
Keçidlər