Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubiley münasibətilə ümumrespublika Şahmat turnirinə start verilmişdir
29.10.2022-ci il tarixdə B qrupunun oyunları Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində keçirildi. Açılış mərasimində millət vəkili Əliabbas Salahzadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Mərkəzin direktoru Nərgiz Babayeva, YAP Sabunçu rayon təşkilatının əməkdaşları və fəalları iştirak edirdilər. Turnir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı.
Çıxış edən millət vəkili Əliabbas Salahzadə və Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bu kimi yarışların əhəmiyyətini qeyd edərək ölkəmizdə idmana qayğı və diqqətdən söz açdı və iştirakçılara uğurlar arzuladı. Turnirdə iştirak edən 8 komandadan oğlanlar arasında Xəzər komandasının idmançısı, qızlar arasında isə YAP Gənclər birliyinin üzvü, Sabunçu rayon sakini və YAP Sabunçu rayon təşkilatının fəal üzvü Ülviyyə Axundova qalib olmuşdur.