Şriftin ölçüsü :

Saytın rəngi :

Yerli icra hakimiyyətlərinin gender məsul şəxsləri üçün təlimlər keçirildi

20 dekabr 2022 | 14:23
19-20 dekabr 2022-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlimlər keçirildi.
Təlimlərdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, gender məsələləri üzrə məsul şəxs Rəna Fərəcova iştirak etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova açılış nitqi ilə çıxış edərək təlimlərin keçirilmə məqsədi və əhəmiyyəti haqqında danışdı. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, gender bərabərliyinin təmin edilməsində məsul şəxslərin vəzifələrini qeyd etdi və “genderazerbaijan.com” portalı haqqında məlumat verdi.
Avropa İttifaqı Nümayəndəliyinin Beynəlxalq Yardım və Əməkdaşlıq şöbəsinin əməkdaşı Məryəm Hacı-İsmayılova və layihə üzrə mütəxəssis Günel Mehdiyeva həyata keçirilən bu kimi layihələrin gender məsul şəxslər üçün əhəmiyyətini vurğuladılar.
Daha sonra gender məsələləri üzrə mütəxəssis Şəhla İsmayılın təqdimatı ilə təlimlər iki gün boyunca davam etdi.
Keçidlər