Zabrat qəsəbəsində myGov tətbiqindən istifadənin təşviqinə dair görüş keçirilib
16 oktyabr 2026 | 12:59
Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində myGov tətbiqindən istifadənin təşviqi və vətəndaşların rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması məqsədilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin rəqəmsal inkişaf sahəsində qəbul edilmiş müvafiq fərman və sərəncamlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb, myGov tətbiqinin imkanları və vətəndaşlara təqdim etdiyi elektron xidmətlər barədə məlumat verilib.
Bildirilib ki, myGov tətbiqi vətəndaşlara rəqəmsal xidmətlərdən daha rahat istifadə etmək, şəxsi məlumatlarına və rəqəmsal sənədlərinə elektron formada çıxış əldə etmək imkanı yaradır. Görüş zamanı vətəndaşlar arasında myGov tətbiqindən istifadənin təşviqi, qeydiyyat prosesinə dəstək göstərilməsi və tətbiqin imkanları barədə maarifləndirmə işlərinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Vətəndaşların rəqəmsal xidmətlər barədə məlumatlılığının artırılması və myGov tətbiqindən istifadənin genişləndirilməsi məqsədilə bu kimi maarifləndirici tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

















