Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

13 avqust 2026 | 11:03

13.08.2026-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin akt zalında qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Görüşdə RİHB-nın müavinləri, RİHB Aparatının şöbə və sektor müdirləri, RİHB-nın Zabrat qəsəbəsi QİƏD üzrə nümayəndəliyinin əməkdaşları, Zabrat qəsəbəsi bələdiyyəsinin nümayəndələri və xidmət sahələrinin rəisləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxışında ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq həyata keçirilən sosial-iqtisadi islahatlar, rayonun sosial-iqtisadi inkişafı, əhalinin sosial rifahının yüksəldilməsi, eləcə də qəsəbələrdə abadlıq-quruculuq işlərinin davam etdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verdi.
Daha sonra qəsəbə sakinləri onları narahat edən məsələləri diqqətə çatdıraraq, müraciətlərinin həlli ilə bağlı köməklik göstərilməsini xahiş etdilər.
Görüş zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı, o cümlədən işlə təminat, maddi köməklik göstərilməsi, abadlıq və quruculuq işlərinin aparılması, yol və küçələrin vəziyyəti, küçə işıqlandırılması və digər sosial-məişət məsələləri ilə bağlı müraciətlər edildi.
Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

Keçidlər