Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun ildönümü mərasimi keçirildi

22 noyabr 2022 | 11:12
22 noyabr 2022-ci ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun ildönümü mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elvin Şiriyev, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Rəhimov Rəşad İlqar oğlu. 07.16.1985-ci ildə Tərtər şəhərində anadan olmuşdur. 1991-ci ildə Yevlax şəhər Qoyunbinəsi kənd orta məktəbinin 1-ci sinfinə başlamış, 2002-ci ildə məktəbi bitirmişdir.2006-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakultəsini bitirmiş, 3 aylıq kurs keçərək zabit kimi hərbi xidmətə yollanmışdır.  Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılmış, tağım komandiri kimi Qubadlı Zəngilan, Şuşa şəhərlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 09.11.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 22.11.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Ailəli idi. 2 övladı bizlərə yadigar qalmışdır.
Keçidlər