Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi

22 noyabr 2023 | 12:59
22 noyabr 2023-cü ildə Sabunçu rayonu, Zabrat qəsəbəsində Vətən müharibəsi şəhidi Rəhimov Rəşad İlqar oğlunun ildönümü münasibətilə anım mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Sabunçu rayonu, Zabrat bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri  iştirak etmişdir.
Rəhimov Rəşad İlqar oğlu 07.16.1985-ci ildə Tərtər rayonunda anadan olmuşdur. 1991-ci ildə Yevlax şəhər Qoyunbinəsi kənd orta məktəbinin 1-ci sinfinə başlamış, 2002-ci ildə məktəbi bitirmişdir. 2006-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünaslıq fakültəsini bitirmiş, 3 aylıq kurs keçərək zabit kimi hərbi xidmətə yollanmışdır.  Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılmış, tağım komandiri kimi Qubadlı, Zəngilan, Şuşa şəhərlərinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 09.11.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 22.11.2020-ci ildə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Şəhidlər Xiyabanı”nda dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Keçidlər