Şriftin ölçüsü :

Saytın rəngi :

Zəfər Günü ilə bağlı Sabunçuda ağacəkmə aksiyası keçirilib

07 noyabr 2023 | 17:48

07.11.2023-cu il tarixdə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun düşmən üzərində qazandığı Şanlı Zəfərimizin üçüncü ildönümü münasibəti ilə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bakıxanov, Pirşağı, Ramana, Zabrat qəsəbələrində genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunub.

Aksiya çərçivəsində ərazidə 100 ədəd eldar şamı və kiparis ağacları əkilib.

Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək və gənc nəslin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Keçidlər