Şriftin ölçüsü :

Saytın rəngi :

Leyla Xanım ziyarətgahı

 
   Leyla Xanım ziyarətgahı Bilgəh qəsəbəsində yerləşir. VII İmamımız Həzrət Museyi Kazım əleyhissəlamın qızı Leyla xanım ziyərətgahının memarı Mahmud İbn Səidi olub.  II Fərruxzaad İbn Əxsitan VIII əsrdə Şirvan şah tərəfindən 1281-1282-ci illərdə  inşa edilib. 
   Əsas ibadət zalının sahəsi 12x12 metrədir. Yonulmuş sal daşlardan tikilib. Əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kvadratmetrdir. Tavan sütunlar üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə birləşib. Yerdən tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək isə 10 metrdir. Günbəzdə iki gözlük qoyulub. Mehrabı üzərində ərəb dilində daş kitabə həkk olunub.Sovetlər dövründə bağlanaraq anbar kimi istitadə olunub. 1989-cu ildə təmir olunaraq fəaliyyəti bərpa edilib.
                                     
Keçidlər