Şriftin ölçüsü :

Saytın rəngi :

72 №-Lİ MƏKTƏB-LİSEY

 
Bakıxanov qəsəbəsi F. Tağıyev küçəsi 1
 
72 nömrəli məktəb-lisey 1930-cu ildən məktəb kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 1990-cı il tarixli 289 nömrəli Qərarı ilə lisey yaradılmış, Azərbaycan Respublikası təhsil nazirinin 29 sentyabr 1991-ci il tarixli 645 nömrəli əmri ilə ona ixtisaslaşdırılmış “Lisey” statusu verilmişdir. Hazırda riyaziyyat-informatika təmayüllü məktəb-liseyin 54 sinfində 1288 şagird təhsil alır. Dərslər azərbaycan və rus dillərində aparılır. Məktəb-lisey 1992-ci ildə Füzuli rayonunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Fikrət Tağıyevin adını daşıyır. Məktəb lazımi təchizatla təmin olunmuşdur, 2 binadan və 1 yeni tədris korpusundan ibarətdir. 2007-ci ilin aprel ayında 20 sinif otağından ibarət yeni tədris korpusu tikilib istifadəyə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü il illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Fikrət Tağıyev adına 72 nömrəli məktəb-lisey əsaslı təmir olunmuşdur. Məktəbdə 1 fizika-riyaziyyat elmlər namizədi, 3 əməkdar müəllim, 2 qabaqcıl təhsil işçisi, 1 “Tərəqqi” medalı , 4 nəfər ali kateqoriyalı və 49 nəfər I dərəcəli müəllim çalışır. Məktəb-liseyin əsas məqsəd və vəzifələri: ibtidai təhsil pilləsindən başlayaraq, şagirdlərin keyfiyyətli tam orta təhsil almalarını təmin etməklə bərabər, fizika, riyaziyyat, informatika fənnlərinə xüsusi maraq göstərən, bu fənnlər üzrə dərin bilik almağa istedad və qabiliyyəti olan şagirdlər seçməklə onların potensial imkanlarının daha da inkişafına lazımi şərait yaratmaqdan, istiqamət verməkdən ibarətdir.
 
    
Abbasova Fərqanə Tapdıq qızı
Fikrət Tağıyev adına
72 saylı məktəbin direktoru
012-428-88-40
012-428-88-17

 

 

Keçidlər