FAZİL QƏZƏNFƏR OĞLU MUSTAFA
19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982-1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984-1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakultəsinə daxil olub və 1991-ci ildə həmin fakultədən hüquqşünas ixtisası ilə məzun olub.
1991-1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub. 1998-2001-ci illərdə AXCP sədrinin siyasi məsələlər üzrə müavini olub. 2001-2003-cü illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində döyüş bölgəsində tağım komandiri vəzifəsində baş leytenant rütbəsi ilə həqiqi hərbi xidmət keçib.
2003-cü ildə Böyük Quruluş Partiyasını təsis edib və ilk qurultayda həmin partiyanın başqanı seçilib. 2006, 2009, 2012 və 2016-cı illərdə yenidən partiya başqanı seçilib.
2005-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda "Azərbaycan türklərinin dini-fəlsəfi dünyagörüşü: fəlsəfi aspekt" mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alıb.
2005-ci ildə noyabr ayında keçirilən Azərbaycan Respublikası 3- cü çağırış Milli Məclisinə seçkilərdə Bakı şəhəri 26 saylı Sabunçu birinci seçki dairəsindən deputat seçilib. 2010 və 2015-ci illərdə 4-cü və 5-ci çağırış Milli Məclisə seçkilərdə həmin dairədən təkrar deputat seçilib.
2008-ci ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində Böyük Quruluş partiyasının prezidentliyə namizədi olub və üçüncü nəticə göstərib.
2009-cu ildə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının İdarə Heyətinin üzvü seçilib.
2016-cı ildə Xüsusi Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü və vitse-prezidenti seçilib.
Hazırda Azərbaycan Respublikası Milli Məclisinin İnsan Hüquqları Komitəsinin, İctimai birliklər və dini qurumlar Komitəsinin və İntizam Komissiyasının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Fazil Mustafa Türkiyə və Azərbaycanda nəşr olunmuş 19 kitabın, yüzlərlə elmi, publisistik məqalənin müəllifidir.
Evlidir, iki övladı var.