7 SAYLI BİRLƏŞMİŞ ŞƏHƏR XƏSTƏXANASI
7 saylı Birləşmiş Şəhər Xəstəxanası fəaliyyət göstərdiyi ərazidə müasir tibb elminin və tibbi texnikasının nəaliyyətləri əsasında əhaliyə ixtisaslaşdırılmış stasionar və ambulator tibbi yardım göstərən müalicə profilaktika müəssisəsidir.7 saylı Birləşmiş Şəhər Xəstəxanasının nəzdində poliklinika və stasionar fəaliyyət göstərir.Xəstəxana və poliklinika aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
Əhaliyə ixtisaslaşdırılmış stasionar və ambulator tibbi yardım göstərir, xəstələnmə hallarının qarşısının alınması və xəstəliklərin erkən aşkar edilməsi üçün geniş profilaktik tədbirlər həyata keçirir.Sağlam əhalinin və xəstələrin dispanserizasiyasını,əhali arasında sanitar gigiyenik maarifləndirmə işini həyata keçirir və zərərli vərdişlərlə (tütünçəkmə, spirtli içki qəbul etmə və s.) mübarizə aparır.Pasiyentlərə evdə və poliklinikada müalicə-məsləhət yardımı,xəstələrin stasionar və sanatoriyalarda bərpaedici müalicəyə göndərilməsi ilə bağlı zəruri tədbirləri həyata keçirir.Poliklinika şöbəsi müasir tipli 3 mərtəbəli binadan və 46 kabinetdən ibarətdir.Maştağa qəsəbəsi Xanlar küçəsi 4 ünvanında yerləşir. 2010-cu ildə əsaslı təmir olunub,lazımlı yeni tipli avadanlıqlarla və inventarlarla tam təmir olunmuşdur.Poliklinikada sahə terapiya və pediatriya şöbələri,dar ixtisaslı həkimlərin kabinetləri laboratoriya,fizioterapiya,USM,EKQ, EQQ, massaj,rentgen kabinetləri fəaliyyət göstərirlər. Poliklinika 2 növbəli işləyir. İş saatı səhər saat 8:00 – 19:00 kimi təşkil edir. Stasionar 100 çarpayılıqdır. Stasionarın terapiya, pediatriya, cərrahiyyə,reanimasiya,doğum və ginekologiya şöbələri fəaliyyət göstərir.
7 saylı Birləşmiş Şəhər
Xəstəxanası
|
AZ 1039
Maştağa qəs.Xanlar
Küç.4
Işçi-363
(76/139+148)
Çarpayı-100
Gücü-500
USM-1
|
Səfərova
Səriyyəxanım
Əsəd qızı
2012-ci ildən baş həkimin
Icraçısı
|
455-02-65
455-04-27
|
459-88-53
|
Qəbul otağı
|
Həbibova Sonaxanım
|
455-04-27
|
|
|
Müavin(poliklinika)
|
Əbdürəhmanova
Məsiməxanım
|
455-04-94
|
497-04-96
|
|
Kadrlar şöbəsi
|
|
Rizvanova Nazilə
Rüstəmova Şahnaz
|
455-04-23
|
|