M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi
M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi ilk olaraq 1904-cü ildə fəhlə özfəaliyyət dərnəyi kimi fəaliyyətə başlamışdır. Balaxanı qəsəbə Cümə məscidinin binasında 1930-1989-cu illərədə klub kimi fəaliyyət göstərmişdir.
M.Ə.Sabir adına Mədəyyət evi əvvəllər Balaxanıda böyük mədəniyyət klubu olub və orada respublikanın bir çox görkəmli sənətkarları – Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və başqaları çıxış ediblər.
1990-1991-ci illərdə mədəniyyət klubu fəaliyyətini dayandırıb. 1992-ci ildən Balaxanı qəsəbəsindəki keçmiş “Şahmat klubu”nun binasında fəaliyyət göstərib.
2008-ci ildən isə Mədəniyyət evi Balaxanı qəsəbə Şadlıq evinin binasında fəaliyyət göstərir. Mədəniyyət evinin ayrıca binası yoxdur.Mədəniyyət evinin binası Balaxanı qəsəbə İcra Nümayəndəliyinin balansındadır. Həmin bina əvvəllər mədrəsə kimi fəaliyyət göstərmişdir.1901-ci ildə dahi şair M.Ə.Sabir burada dərs demişdir.
22.09.1967-ci ildə M.Ə.Sabir adına Balaxanıqəsəbə Mədəniyyət evinin Xalq teatrı yaranmışdır. Yarandığı gündən bu günə qədər fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövr ərzində Respublika üzrə keçirilən Xalq teatrlarının müsabiqələrində müxtəlif illərdə Fəxri fərman və diplomlarla təltif olunub.
18.02.1993-cü ildə M.Ə.Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evində Kukla Xalq teatrı yaradılıb. Kukla Xalq teatrı fəaliyyət göstərdiyi dövr ərzində müxtəlif tamaşalarla Respublika üzrə keçirilən müsabiqələrdə fəxri fərman və diplomlarla təltif olunub.
Hazırda Mədəniyyət evində bədii özfəaliyyət kollektivi,“Fortepiano”, Rəqs, Rəssamlıq kursları fəaliyyət göstərir.
Mədəniyyət evi Balaxanı qəsəbə əhalisinin asudə vaxtının daha səmərəli təşkilində, əlamətdar günlərin və maarifləndirici tədbirlərin keçirilməsində əsas yer tutur.

Müəssisənin adı
|
Ünvanı
|
Direktorun adı, soyadı, atasının adı
|
Telefon nömrəsi
|
«Mirzə Ələkbər Sabir» аdına
Mədəniyyət Evi |
АZ 1038
Balaxanı qəsəbəsi M.Ə.Sabir küç.1 |
Budaqova Məhəbbət Rəşid qızı |
451-13-72
|
zal-1=100
|
işçi-11
4-büdcədənkənar |
|
|