Şriftin ölçüsü :

Saytın rəngi :

Ramana qəsəbə Mədəniyyət evi

    Ramana qəsəbə Mədəniyyət evi müvəffəqiyyətlə fəaliyyət göstərən mədəniyyət müəssisələrindən biridir. Bu müəssisənin kollektivi xalqımızın istedadlı və qabiliyyətli uşaqlarının üzə çıxarılmasında və tanıtdırılmasında böyük əmək sərf etmişdir. Bu proses Ramana Mədəniyyət evinin kollektivi tərəfindən bu gün də layiqli şəkildə davam etdirilməkdədir.
   Mədəniyyət müəssisəsinin yaranma tarixi və fəaliyyətinə nəzər salarkən görürük ki, Mədəniyyət evinin böyük tarixi keçmişi vardır. Mədəniyyət evinin neçənci ildə, kim tərəfindən və yaxud kimlərin təşəbbüsü ilə yaradıldığını araşdırarkən məlum olur ki, əslən Ramanalı olan kənd sakini neft milyonçusu Babayev Qurban Baba oğlu - Fransada təhsil almış və 1903-cü ildə Ramana kəndində öz adına Qurban bəy məscidi inşa etdirmişdir. Sovet hakimiyyətinin ilk illərində həmin məsciddən klub kimi istifadə edilmişdir. Mehrabı sökərək həyətə qapı açmışlar. Məsciddə akustika böyük olduğundan 1937-ci ildə onun günbəzini sökmüşlər. Sovet hakimiyyəti süqut etdikdən sonra günbəz yenidən inşa edilmişdir. Hal-hazırda bu məscidin yaxınlığında yerləşən Mədəniyyət evinin yerləşdiyi bina 1901-ci ildə inşa edilmiş və Qurban adlı bu neft milyonçusunun şəxsi iki mərtəbəli mülki olmuşdur. Sonradan öz mülkünü dövlətin balansına keçirmiş və bina klub kimi fəaliyyətə başlamışdır. Hazırda isə Ramana qəsəbə Mədəniyyət evi adı ilə fəaliyyət göstərir. 
   Hazırda binada 3 müəssisə - Ramana qəsəbə Mədəniyyət evi, Sabunçu rayon MKS-nin 5 saylı filialı və Ramana bələdiyyəsi fəaliyyət göstərir.
  Mədəniyyət evinin ümumi sahəsi 668 kv.m, foye (sahəsi) 94,95 kv.m, zal (sahəsi, oturacaqlarının sayı) 92.4 kv.m (100-120 nəfər) təşkil edir və 2 otaqdan ibarətdir.
  Hazırkı dövrdə Ramana qəsəbə Mədəniyyət evində instrumental ansambl, bədii-qiraət dərnəyi, “Gənc turist” klubu fəaliyyət göstərir. Bu kollektivlər qəsəbədə keçirilən bütün kütləvi tədbirlərdə fəal iştirak edirlər.
  Ramana qəsəbə Mədəniyyət evi tədbirlərini Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təsdiq etdiyi iş planına əsasən təşkil edir. Tədbirlər əsasən qəsəbədə yerləşən 198 saylı, 78 saylı, 90 saylı orta məktəblərlə, uşaq bağçaları, 7 saylı Uşaq nevroloji sanatoriyası, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Gənclər Evi və s. ilə birgə keçirilir. 
 
Müəssisənin adı
Ünvanı
Direktorun adı, soyadı, atasının adı
Telefon nömrəsi
Ramana qəsəbə
Mədəniyyət evi
АZ 1037
Ramana qəsəbəsi,
V.Vəliyev küç.17
Nəsirov Mirvüqar İlqar oğlu
451-26-53
zal-1=120
işçi-5
 
 

 

Keçidlər