Pirşağı qəsəbə Mədəniyyət evi
Pirşağı qəsəbəsi Bakının qədim kəndlərindən biridir.Bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də maraq yüksək olmuşdur. Pirşağıda mədəniyyət və incəsənət xadimlərinin,şairlərin yaşaması bu marağın yaranıb formalaşmasında mühüm rol oynayıb. Hətta, repressiya qurbanı M.Müşviq də məhz Pirşağı bağlarından ilhamlanmışdır.
1934-cü ildə əsası qoyulmuş Pirşağı klubunda Böyük Vətən Müharibəsi illərində hətta dünya şöhrətli akademikimiz Xoşbəxt Yusifzadə, Sənan Əlizadə, Arif Quliyev vəs. Səməd Vurğunun “Vaqif”indən,Cəfər Cabbarlının müxtəlif əsərlərindən gözəl tamaşalar hazırlamış,rollar ifa etmişlər. Bununla yanaşı,klubda ictimai məsələlərlə bağlı iclas,yığıncaq, görüşlər və s. təşkil olunmuşdur.
Pirşağı klubu son illərdə Pirşağı Mədəniyyət Evi adlandırılıb.2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib və yenidən əhalinin istifadəsinə verilib. Binanın sahəsi 396 m2 , həyətyanı sahəsi olmayan 1 mərtəbəli binadan ibarətdir. 6 otağı, 30 m2 sahəsi olan foye, 180 oturacaqlı 1 (20×5) zal mövcuddur.
Müəssisənin adı
|
Ünvanı
|
Direktorun adı, soyadı, atasının adı
|
Telefon
|
Pirşağı qəsəbə Mədəniyyət Evi
|
Pirşağı qəsəbəsi A.Əlizadə 17
|
Məlikzadə Rəhimə Atababa qızı
|
551-51-96
|
zal-1=180
|
işçi-5
|