Kürdəxanı qəsəbə Mədəniyyət evi
Mədəniyyət müəssisəsinin yaranma tarixi və fəalliyətinə nəzər salarkən görünür ki,Mədəniyyət evinin böyük tarixi keçmişi vardır.Mədəniyyət evinin neçənci ildə,kim tərəfindən və yaxud kimlərin təşəbbüsü ilə yaradıldığını araşdırarkən məlum olur ki,Kürdəxanı qəsəbə Mədəniyyət evinin binası 19-cu əsrin axırlarında Kürdəxanı qəsəbə sakini Hacı Məmməd tərəfindən Məscid binası kimi istifadəyə verilmişdir. Məscid binası zal və foyedən ibarət idi.1922-ci illərdə Rus imperiyası tərəfindən Məscidlər bağlanmış və 1930-cu illərdə həmin bina dövlət tərəfindən Mədəniyyət evi kimi istifadəyə verilmişdir.1977-1980-ci illər ərzində Mədəniyyət evinin direktoru tərəfindən Rayon təşkilatlarına məktub vasitəsi ilə müraciət olunmuş,Mədəniyyət evinə 7 ədəd otaq əlavə olunmuşdur. Hal-hazırda da Mədəniyyət evi kimi istifadə olunur. Binanın sahəsi 360m2-dir,zalın sahəsi 113m2-dir,bir mərtəbəlidir,həyətyanı sahəsi yoxdur. Binanın əsaslı təmirə ehtiyacı var.
Mədəniyyət evində 2014-cü ildən etibarən əhalinin asudə vaxtının səmərəli keçməsi üçün müxtəlif kurslar və dərnəklər fəaliyyətə başlamış və hal-hazırda da fəaliyyətləri yüksək səviyyədə davam etdirilir.Mədəniyyət evinin kollektivi hər il olduğu kimi müxtəlif tədbir və konsert proqramları ilə əhalini mədəniyyət sahəsinə cəlb edir.

Müəssisənin adı
|
Ünvanı
|
Direktorun adı, soyadı, atasının adı
|
Telefon nömrəsi
|
Kürdəxanı qəsəbə
Mədəniyyət Evi |
АZ 1059
Kürdəxanı qəsəbəsi, İ.Quliyev küçəsi 10 |
Məmmədova Aygün Mehman qızı
|
551-86-18
|
zal-1=120
|
işçi-5 |
|
|