Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsi

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
 İcra Hakimiyyəti Başçısının nümayəndəsi
Şiriyev Elvin Yaşar oğlu
455-25-78 
Nümayəndənin müavini 
Ağazadə Ramin Rasim oğlu
455-06-81
Məsləhətçi Tikinti üzrə mühəndis 
 
455-25-78 
Baş məsləhətçi mühasib 
Dadaşova Gülnarə Zülfüqar qızı
551-29-40
Aparıcı mütəxəssis Məmmədova Lalə Telman qızı 455-46-82
 
Maştağa qəsəbəsi–Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə.Qədim tarixə malik Maştağa kəndi Abşeronun ən iri yaşayış məskənlərindən sayılır. Ərazisi 44 kv.km-dir.
 
Tarixi:
Bakı şəhərinin ən böyük yaşayış məskənlərindən biri hesab olunan, 6 min hektara qədər əraziyə malik Maştağa kəndi (sonralar qəsəbəyə çevrilib) qədim bir tarixə malikdir. Burada Azərbaycanın qədim adət və ənənələri, inam və etiqadları, mifoloji təsəvvürləri, şifahi ədəbiyyatı qorunub saxlanmaqdadır. Daha doğrusu, kəndin əhalisi bütün bunları nəsilbənəsil bir-birinə ötürür və ən gözəl ərmağan kimi bu gün də yaşadır.
Maştağa kəndi öz tarixini burada ucaldılmış, tarixin daş yaddaşına çevrilmiş memarlıq abidələri ilə də təsdiqləyir. Lakin təəssüflər olsun ki, kənddə geniş arxeoloji qazıntılar aparılmadığından, tarixi faktların elmə töhvəsi qənaətbəxş deyildir. Maştağanın orta əsrlərdən bəri 27 hamamı, 21ovdanı, müdafiə qalası, 20 məscidinin inşası, tarixi ərazisinin iri miqyaslı ictimai tikililərlə zəngin olması onu Bakıdan sonra ikinci yerə qoyurdu. Bir məhəllədə 5 məscidin, 7 hamamın, 5 ovdanın olması Abşeronda istisna hal idi.
"Maştağa" sözü bu kəndin özündən əvvəl yaranıb. Görkəmli Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin "massaget" sözündən yaranması fikrini irəli sürmüşdür. Azərbaycan xalqının soykökündə mühüm rol oynayan bu tayfa eramızdan əvvəl VI-V əsrlərdə mövcud olub. Bu toponimin digər mənasını da Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsərində "Məşədi ağa" kimi vermişdir. Bakı xanı Mirzə Məhəmməd Xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir. Hətta qalanın yanında məscid də olub. Ötən əsrin 20-ci illərində dağıdılmışdır. Kəndin ətrafında aparılan qazıntılar zamanı mis sikkələr aşkar edilmişdir. Tədqiqatçılar bildirirlər ki, kəndin qədim tarixi var. Təəssüf ki, yadelli işğalçıların basqınına məruz qalan Maştağa dəfələrlə dağıdılmışdır. 
 
Əhalisi:
01.01. 2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə 45900 nəfər rəsmi qeydiyyatdadır.
Tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə bu kəndin əyalət şəhəri olması ehtimal olunur. Maştağa əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsada, bu kəndin əhalisi orta əsrlərdə dəfələrlə çox olmuşdur. Maştağada evlərin sayı 1849-cu ildə 854, 1886-cı ildə 1137 və 1921-ci ildə 1260 idi. Əhali sayı 1842-ci ildə 3619 nəfər idi və Bakı kəndləri arasında bu saya görə1-ci olsada, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 6179, 1904-ci ildə 7784, 1913-cü ildə 8730, 1926-ci ildə 8220 və 1939-cu ildə 11642 nəfər olmuşdur. 1913-cü ildə Bakı kəndləri arasında mədən-zavod rayonu ərazisinə aid olan kəndləri saymasaq, əhali sayına görə yenə 1-ci yerdə idi. Sovet dövrü quruculuq-abadlıq işləri kənddə məskunlaşmanı sürətləndirmiş, burada ən sürətli artım olmuşdur. Əhali sayı 1959-cu ildə 16,9 min, 1970-ci ildə 22,2 min, 1979-cu ildə 31,9 min, 1989-cu ildə 40,2 min, 1999-cu ildə 38,9 min, 2009-cu ildə 43,7 min və 2016-ci ildə 45,1 min nəfər olmuşdur.

 

Keçidlər