Balaxanı qəsəbəsi
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Balaxanı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi |
||
İcra Hakimiyyəti Başçısının nümayəndəsi
|
Hüseynov Vüsal Hüseyn oğlu
|
451-14-09
|
Nümayəndənin müavini
|
Cəfərov Ariz Qarakişi oğlu
|
451-14-84 |
Baş məsləhətçi mühasib
|
Kərimli Vüsalə Yavər qızı
|
451-14-84
|
Aparıcı mütəxəssis
|
Mərdanova Arazxanım Ağa Hüseyn qızı
|
451-14-84
|
Balaxanı qəsəbəsi – Bakı şəhərinin Sabunçu rayonunda şəhər tipli qəsəbə.
1385-ci ildə yaranmışdır, ərazisi 19 km²-dir. 01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 14.300 nəfərdir. Qəsəbə rayonun Sabunçu, Zabrat qəsəbələri, Binəqədi və Abşeron rayonu ilə sərhəddə yerləşir. Hələ 1594-cü ildəBalaxanı kənd sakini Allahyar Məmməd Nuru oğlu öz həyətində əl ilə dayaz quyu qazmış və neft çıxarmış, 1871-ci ildə isə Ağarza Mirzəyevin Balaxanı qəsəbəsində sənaye üsulu ilə qazdığı quyu 42 m dərinlikdən neft fantanı vurmuşdur.
Coğrafi mövqeyi və tarixi:
Bakının ən qədim kəndlərindən sayılır.Kənd Bakının şimal-şərqində, Abşeron yarımadasının ortasında yerləşir, Sabunçu qəsəbəsi, Ramana kəndi, Zabrat qəsəbəsi, Digah və Məmmədli kəndləri ilə qonşudur. Şimal səmtindəki yüksəklikdə kəndi iki – "Yuxarı" və "Aşağı" – məhəlləyə bölən qədim qəbiristanlıq var. Balaxanının şimal hissəsi "Rzaqulu kəndi", cənub hissəsi əhali tərəfindən "Canhüseyn məhəlləsi" adlanır. Kənd demək olar ki, bu günə qədər özünün ənənəvi plan-forma quruluşunu saxlaya bilib. Evlər bir-birinə yaxın, ensiz küçələr, ənənəvi həyətyanı sahələri, mövcud məhəllə sistemi ilə seçilir. 1989-cu ildən başlayaraq qəsəbənin qərb hissəsində Yeni Balaxanı adlanan yaşayış massivi formalaşmağa başlamışdır. Yeni Balaxanı massivi (Fazenda) Qədim Balaxanıdan fərqli olaraq, eni 10-15 metr olan paralel küçələr şəklində salınmışdır.
Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir. Balaxana qədim zamanlarda karvansaraların giriş qapısı üstündə olan kiçik otağa (mezonin, yaxud antrosol) deyərdilər. Bunlar yarım mərtəbə şəklində olardı. Hazırda belə otaqlar Bakının 40 kilometrliyində, 1439-1440-cı illərdə tikilmiş Səngəçal karvansarayının və Suraxanıdakı 1713-cü ildə inşa edilmiş Atəşgahın qapısı üstündə var.
Abşeronda neft istehsalından öncəki dövrdə (XIX əsrin ortalarınadək) kənd əhalisinin əsas məşğuliyyəti ənənəvi olaraq əkinçilik, bağçılıq, bostan bitkiləri əkini və maldarlıq olub. Kəndin kənarındakı Böyükşor gölünün yaxınlığında üzümlüklərdə məşhur üzüm növləri becərilirmiş. Vaxtilə Böyükşordan bir az yuxarıda iki kiçik göl də olub ki, bunlara "Qoşanohur" deyirmişlər. Hazırda həmin ərazi quruyub. Kənddən təxminən 1 km şimalda 4 böyük bağ olub ki, onları suvarmaq üçün 15 quyu qazılıbmış. Həmin quyulardan kənd camaatı da istifadə edirmiş. İndi buralarda neft buruqları ucalır. Həmçinin kəndin qərbində "Norazan dərə" adlanan yerdə də bərəkətli bağlar, dərənin cənubunda isə "Pür-Qübbə" adlanan yüksək bəhrəli əkin sahələri olub. "Qırməki" adlanan yerdən keyfiyyətli qır çıxarılarmış və onunla kənddəki evlərin damları qırlanarmış.
XIX əsrin 70-ci illərindən başlayaraq, Balaxanı Bakının əsas neft çıxarma mərkəzlərindən birinə çevrilməyə başlamışdır. 1869-cu ildə Balaxanıda ilk dəfə olaraq mexaniki vurma üsullu quyu qazılır. Quyudan neft çox sürətlə çıxmış və üç gün ərzində həmin quyu ətrafı neft gölünə döndərmişdir. 1873-1878-ci illərdə Balaxanıda 47 belə güclü neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistləri mədənlər salıblar. Robert Nobel 1873-cü ildə Bakıya gələrək Balaxanıda neft istehsalı ilə məşğul olmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Balaxanıda onlarca yerli və xarici neft şirkətləri və onların mədənləri, karxanaları fəaliyyət göstərirdi.
Azərbaycanın ilk dəmir yolu Bakını Balaxanı, Sabunçu və Suraxanı mədənləri ilə birləşdirirdi. Əvvəllər bu yol ilə yalnız neft məhsularını daşınması nəzərdə tutulmuşdur. Lakin neft mədənləri ilə Qara şəhərdəki neftayırma zavodları arasında neft kəmərlərinin geniş şəbəkəsi yaradıldıqdan sonra "Neft sahəsi" dəmir yolu xətləri ilə sərnişin daşınmasına da başlanmışdır.

Mədəniyyəti:
Tədqiqatçılar qeyd edirlər ki, Balaxanıda lap qədim zamanlardan mədrəsələr fəaliyyət göstərirmiş. Ədəbiyyat tarixindən məlumdur ki, Mirzə Ələkbər Sabir 1910-cu ildə Balaxanı məktəblərində çalışmışdır. Bir çox məşhur şeirlərini də o, məhz Balaxanıda yazmışdır.
Balaxanında ilk fəhlə özfəaliyyət dərnəyi hələ 1904-cü ildə qurulub. Əvvəllər Balaxanıda böyük mədəniyyət klubu olub və orada respublikanın bir çox görkəmli sənətkarları – Şövkət Ələkbərova, Mirzə Babayev, Məmmədbağır Bağırzadə və başqaları çıxış ediblər. 1990-1991-ci illərdə mədəniyyət klubu fəaliyyətini dayandırıb, sonra isə həmin vaxt məscid olan binanı bərpa edərək məscidə çeviriblər. Həmin binada məscid bu gün də fəaliyyət göstərir.

Tarixi abidələr:
Balaxanıda aşağıdakı memarlıq abidələrinin qalıqları vardır.
· 1385-ci ildə usta Arif tərəfindən inşa edilmiş Hacı Şəhla məscidi. Bu abidə kvadrat şəkilli tağ-tavanlı kiçik otaqdan və onun qarşısındakı dərin piştağdan ibarətdir.
· 1427-ci ildə tikilmiş Şakirağa türbəsi memarlıq baxımından Balaxanı abidələrinin ən qiymətlisi hesab olunur . Xalq arasında İmarət adlandırılan bu bina ehtimala görə mehmanxana olmuşdur. Abidə günbəzlə salondan və fasaddakı çıxıntılı promoldan ibarətdir. Hər iki bina Abşeron binaları üçün xarakterik olan yonulmuş daşdan tikilmişdir.
· 1636-cı ildə tikilmiş Haca Ruhulla tikilisi, yerli sakinlərin Şah Səfi karvansarayı adlandırdığı bina kəndin mərkəzində yerləşir. Uzun illər bu karvansaradan anbar kimi istifadə edilib. Amma sonradan kənd sakinlərinin səyi nəticəsində karvansaranın içi təmizlənərək ətrafında abadlıq işləri aparılıb. Yerli əhəngdaşı materiallarından tikilmiş bina çatma tavanlı, dördbucaq şəklindədir. Oxvarı qapıların üstündə vaxtilə yazı olub. Qapı tağı söküldüyündən həmin yazı olan daş kitabə itmişdir. Haca Ruhulla tikilisində o yazı əhəng daşında çızılmış 3 sətirli ərəb dilində, nəxs xəttiylə yazılmış daş kitabə qapının üstündə olub. Yazılı daş saxlanılmayıb, neqativi isə AMEA-nın Tarix İnstitutunun Milli arxivində 68-14 saylı invertar kimi saxlanılır. Karvansara İpək Yolunun üstündə olduğundan o zamankı bütün tacirlərin yolu buradan düşüb.
AMEA-nın Tarix İnstitutunun Milli arxivində 68-14 saylı invertar kimi saxlanılan kitabənin oxunuşu:
1. Bu binanı inşa etməyi əmr etdi. Əzəmətli sultanım, şöhrətli şahanşahımızın hakimiyyəti günlərində:
2. Şah Səfi əd-Din-əl-Hüseyn, əl-Bahadır - Xan tanınmış Haca Ruhullanın dayağı:
3. Mövlanə Hikmət Allah Badu-Kubeyi, Rəcəb ayı - min qırx beşinçi Hicri ilində, ustad - Burhan, Sərkar Behdud düzəldib.
· Balaxanıda vaxtilə 18 hamam olub, hər məhəllədə inşa edilən hamamlar sakinlərin tələbatını ödəyərmiş. Balaxanıda inşa edilən hamamlar həm adları, həm də arxitektura üslubuna görə bir-birindən fərqlənib. "Xan" qızı və ya El hamamı əsasən şirin su bulağı ilə əhatələnib. Digər hamamlar isə duzlu su ilə təchiz olunub. Bu hamamların əksəriyyəti dağıdılaraq yalnız bəziləri günümüzədək salamat qalıb.
Torpağın altında tikilən Balaxanıda nadir hamamlardan sayılan Qum hamamını da böyükdən kiçiyə kimi hamı yaxşı tanıyır. Bu qədim sərvətimiz bir zamanlar qorunurdusa, artıq uzun illərdir ki, baxımsızlıq ucbatından sökülüb dağılıb. Ərazisi dəmir dirəklərlə əhatələnərək xüsusi mülkiyyətə çevrilib.
Kənddə camaata xidmət etmiş bir neçə hamamın adları: "Xan qızı", "Hacı Nəcəfqulu", "Hacı Həsən", "Bala Rza", "Şirəli", "Nurbala" hamamları və s.
· Şirvanşah əmiri Xaçə Zeynəddinin göstərişi ilə XIV əsrdə tikilmiş ovdan. Balaxanıdakı 40 pilləkanlı su ovdanı insanların suya olan tələbatına görə inşa edilib. Su quyusunun ortasında olan çarxa sakinlər at bağlayaraq suyu çəkiblər. Su arxlara, eləcə də Qum hamamına da gedərdi. Uzun illər su övdanı zibilliklərin içərisində olub. Kənd sakinlərinin köməkliyi sayəsində su övdanı təmizlənib və ondan XIV əsrdən XIX əsrin sonuna qədər, eləcə də 1920-ci ilin aprel inqilabına qədər istifadə olunub. Yeddi metr dərinliyi olan bu ovdan Balaxanı sakinləri üçün təmiz sudan istifadə üçün nəzərdə tutulmuşdu.
· Kəndin cənubundakı "Boq-boqi" adlanan yerin yaxınlığında vaxtilə Suraxanı atəşgahına bənzər abidə olub.
Kəndin cənub hissəsindəki köhnə qəbiristanlıqda "Pirə Moulo" piri, kəndin ortasındakı böyük tut ağacının yanında olan "Sənqıran" piri olub.
Kino:
1898-ci il avqustun 6-ı Balaxanıda "Benkerdorf oil workers" klubunda nümayiş edilmiş "Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları" sənədli filminin "Kaspi" qəzetində elanı.
Azərbaycanda ilk dəfə olaraq 2 avqust 1898-ci ildə Balaxanı kəndində "Balaxanıda yanğın" filmi çəkilmişdir. Həmin film qısametrajlıdır və Moskva arxivində saxlanılır. İlk dəfə bu məlumat 1898-ci ilin avqust ayında Bakıda çap olunan "Kaspi" qəzetində yer almışdır.Hazırda həmin qəzetin nüsxələri Moskva dövlət arxivində saxlanılır.
1898-ci ildə “Balaxanı-Sabunçu Polis İdarəsi süvari qorodovoylarının at oynatmaları” qısametrajlı sənədli filmi çəkilmiş və avqustun 6-da Balaxanıda Benkendorfun neft fəhlə klubunda nümayiş etdirilmişdir.
Balaxanıda çəkilmiş filmlər:
• 1898 — 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
• 1960 — Səhər
• 1997 — Hər şey yaxşılığa doğru
Balaxanıda çəkilmiş filmlər:
• 1898 — 1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı
• 1960 — Səhər
• 1997 — Hər şey yaxşılığa doğru
Teatr:
Balaxanıda teatr ilk dəfə 1908-ci ildə yaradılmışdır.
Tanus Dadaşovun yazdığı "Kəpənək" pyesi yerli həvəskarlar tərəfindən ifa edilmişdir. Yaşlı Balaxanlıların dediyinə görə sonralar pyes Maştağa, Suraxanı, hətta həmin həvəskarlar tərəfindən Qubada yaşayan yəhudilər üçün də nümayiş etdirilmişdir.
M.Ə. Sabir adına Balaxanı qəsəbə Mədəniyyət evi teatr kimi də fəaliyyət göstərir.
İqtisadiyyatı:
Vaxtilə Balaxanı kəndi Bakinın əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. Bakı milyonçularının Balaxanıda neft mədənləri, neft emal edən zavod və qurğuları olmuşdur.
2009-cu ildə Bərk məişət tullantılarının yandırılması zavodunun inşasına başlanılmışdır. Bərk məişət tullantılarının toplandığı ərazidə – Balaxanı poliqonunda zavodun inşası üçün 20 hektar torpaq sahəsi ayrılıb. Zavodu tenderdə qalib gəlmiş Fransanın CNİM şirkəti inşa edir. Müəssisədə hər il 500 min ton tullantının emal edilməsi nəzərdə tutulur. Tullantılar zavodda çeşidlənərək yandırılmaq və təkrar emal üçün ayrılacaq. Yandırılacaq tullantılardan ildə 231 min 500 meqavat elektrik enerjisinin alınması planlaşdırılır.
Balaxanı neft tarixinin qısa xronologiyası:
· XIII əsr – Abşerona səfər edən ərəb tarixçisi Məhəmməd Bekran öz kitabında Balaxanıda neft çıxarma quyusu haqqında bəhs edir.
· 1594-cü il – Bakının Balaxanı qəsəbəsində dərinliyi 35 m olan neft quyusunda üzərində quyunun qazılma tarixi – 1594-cü il və ustanın adı – Allahyar Məmməd Nuroğlu qeyd olunmuş daş tapılır.
· 1823-cü il – Balaxanıda “Xələfi” quyusunun yaxınlığında üzərində “quyu 200 il bundan qabaq yenidən qurulub” sözləri yazılmış daş tapılıb.
· 1837-ci il – Balaxanıda Nikolay Voskoboynikovun Abşeronda və dünyada ilk neftayırma zavodu işə düşür (ABŞ-da ilk analoji zavod 1855-ci ildə Samuel Kayer tərəfindən tikiləcəkdi).
· 1851-ci il – Mayın 1-də Londonda Ümumdünya sərgisində dünyada ilk dəfə olaraq Şamaxı quberniyasından Balaxanı, Binəqədi və Bibi-Heybət sahələrindən qara neft və Suraxanı sahəsindən ağ neft nömrələri altında Rusiya (Azərbaycan) neftinin nümunələri nümayiş etdirilib. Sərginin Rusiya bölməsinə Qafqaz canişini, knyaz M.S.Voronsov rəhbərlik edirdi.
· 1873-cü il – İyunda Balaxanıda üç ay ərzində 90 milyon Pud neft vermiş ilk güclü “Vermişevski” fontanı vurur.
· 1878-ci il – Tanınmış mühəndis A.V.Bari Nobel qardaşları üçün Rusiyada uzunluğu 9 km və diametri 3 dm olan ilk Balaxanı - Qara şəhər neft kəmərini layihələndirir və çəkir.
· 1879-cu il – Uzunluğu 12 km olan ikinci Balaxanı – Qara şəhər neft kəməri istismara verilir. 1884-cü ilə Balaxanı mədənlərinin sutkada 200 min puddan artıq neft ötürmək qabiliyyətinə malik 5 neft kəməri var idi. (Bütün neft kəmərləri istedadlı mühəndislər A.V.Bari və V.Q.Şuxovun rəhbərliyi altında tikilib).
18 mayda əsas kapitalı 3 milyon Rubl olan ikinci “Nobel qardaşları neft istehsalı ortaqlığı” səhmdar şirkəti (bundan sonra qısa olaraq – “Nobel qardaşları” firması) yaradılıb.
· 1888-ci il – 8 - 9 oktyabr tarixində Rusiya imperatoru III Aleksandr ailəsi ilə birlikdə Bakıda olur. O Qara şəhərdə “Nobel qardaşları” firmasının zavodlarına, Balaxanı və Sabunçuda Rotşildin “Xəzər-Qara dəniz cəmiyyətinin” və Şəmsi Abdullayevin neft mədənlərinə baş çəkir.
· 1900-cü il – Bakıda İ.S.Dembot və L.Y.Liliyenştern Balaxanıda A.M.Benkendorf ticarət evinə məxsus neft mədənlərinin istismarı üçün “Abşeron neft cəmiyyəti” (əsas kapitalı 2,7 mln. Rubl olmaqla) təsis edirlər.
Balaxanıda neft mədənlərinin istismarı üçün “ The Balakhani Syndicate, Limited” ingilis səhmdar cəmiyyəti (əsas kapitalı 100 min funt sterlinq olmaqla) təsis olunub
· 1905-ci il – Dünya neft sənayesi praktikası tarixində ilk dəfə Balaxanıda kompressor istismarı tətbiq olunur.
· 1910-cu il – “Nobel qardaşları” firmasının Balaxanı neft mədənində ilk dəfə olaraq dartaylama üçün yeni qurğu – Leynveber aparatı quraşdırılır və avqustun əvvəllərindən işləməyə başlayır.
· 1926-cı iı – İyulda SSRİ-də Bakının Balaxanı, Suraxanı və Sabunçu neft rayonları ilə əlaqələndirən ilk elektrik dəmir yolu işə düşür.
Balaxanı qəsəbəsindəki tarixi müəssisələr haqqında:
1. “M. Əzizbəyov” adına təcrübə sınaq zavodu. 1992- ci ildə tikilib, traktor mühərriklərinin hissələrini hazırlayır.
2. Balaxanı maşınqayırma zavodu 1883-cü ildə tikilib və 1920-ci ilə qədər zavod ROTSET olub. 1920-1927- ci illərdə qazma balta bazası, 1937-1976-cı illərdə “Bolşevik” zavodu kimi fəaliyyət göstərib, 1976-ci ildən isə “Kirov” zavodu ilə birləşib. 1987- ci ildən Balaxanı maşınqayırma zavodu kimi fəaliyyət göstərir.
3. 22 saylı poliklinika 1914-cü ildə tikilib. 1941-1945-ci illərdə hospital kimi isdifadəolunub.
4. Sabir küçəsində yerləşən toxuculuq sexi XIX əsrin əvvəllərindən Hacı Soltan Əli məscidi olub.
5. Ümumtəhsil ocaqlarından 4 saylı məktəb 1914-cü ildə tikilib. 1941-1945- ci illərdə Böyük Vətən müharibəsi dövründə hospital kimi isdifadə olunub.
6. 69 saylı məktəb 1936-cı ildən hal- hazırki vaxta qədər məktəb kimi fəaliyyət göstərir.
7. 259 saylı məktəb 1978- ci ildə tikilib. Hal- hazırki dövrə kimi fəaliyyət göstərir.