Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsi

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Nardaran qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi
İcra Hakimiyyəti Başçısının nümayəndəsi 
Əsədov Məhəmməd Nadir oğlu 
455-92-55
Nümayəndənin müavini  
Məmmədov Qismət Rüstəm oğlu
455-88-11
Baş məsləhətçi mühasib 
Əmirli Lalə Rafail qızı
455-92-55
 
Nardaran qəsəbəsi– Bakının Sabunçu rayonu ərazisində qəsəbə. Bakıətrafı 32 kənddən biri. Bakıdan 25 kilometr şimalda yerləşir.
Kəndin dəniz kənarındakı qayalıq ərazisində qədim mayakın alt hissəsində Ocaqqulu adlı mağara yerləşir. Bir çox qədim adət ənənələr burada qorunub saxlanılır. Rayonun Maştağa, Bilgəh və Kürdaxanı qəsəbələri ilə sərhəddə yerləşməklə ərazisi 29 kv.km-dir.
Tarixi:
Kəndin adının mənası barədə müxtəlif versiyalar söylənilir. Amma ən çox ehtimal olunan mənalar bunlardan ibarətdir:
· Tədqiqatçılara görə bu yaşayış məntəqəsinin adı fars dilindəki nər (ikihürgüclü erkək dəvə) və daran (yer məkan) komponentlərindən düzəldilib, "dəvə saxlanan, yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqəsində əhalinin keçmişdə dəvəçiliklə məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan tədqiqatçılar isə oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstlik əlaqədar ""od olan yer" kimi izah edirlər.
· Nardaran – Nar və daran (Farscada: داران -olan) kəlmələrindən ibarətdir. Fars dilində narı olan anlamındadır.
· Nardaran – yəni mərd insanların məskunlaşdığı məkan;
· Nardaran – yəni nur olan yer. Çünki bu müqəddəs torpaqda 7-ci İmam Museyi Kazimin qızı Rəhimə xanım (az yaşlı övladı) və Xanımın həyat yoldaşı Mir Əbdullah ağa dəfn olunub. Hazırda onların qəbirlərinin üzərində ziyarətgah tikilib. Bununla yanaşı qədim tikili də qorunub saxlanılır.
· Nardaran – yəni qəlblər nuru. Çünki bu kəndin adı bəzi mənbələrdə Nurdelan (qəlblər nuru) kimi qeyd olunub.
Nardaran qəsəbəsinin əhalisi islamın şiə məzhəbinə sadiq olmaları ilə fərqlənirlər. Kəndin mərkəzi meydanı İmam Hüseyn meydanı adlanır. 1991-ci ildə kənddə Azərbaycan İslam Partiyasının əsası qoyulub. Partiyanın fəaliyyətinə qadağa qoyulsa da, kənddə bu partiya fəaliyyət göstərir və əhali arasında güclü dəstəyə malikdir. SSRİ dövründə gülçülüklə məşğul olan Nardaran əhalisinin iqtisadi-sosial durumu Sovetlərin dağılması ilə ağırlaşmışdır. Kənddə 2000, 2002 və 2006, 2015-ci illərdə kütləvi iğtişaşlar baş vermişdir.
Coğrafiyası və iqlimi:
Nardaran kəndi Bakının dəniz kənarı kəndlərindən biridir. Şirə torpaqla zəngin olan bu məkanda bir çox meyvə və tərəvəzlər yetişir. Bağlarda ağ tut, xar tut, əncir, üzüm (xüsusən ağ şanı), iydə və s. meyvə ağacları bitir. Bir zamanlar bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir. Nardaranın dəniz havası qıza tam şəfa verir. Onun üçün inşa edilən uca tikili isə sonralar mayak kimi istifadə olunur. Bağların dəniz kənarı hissəsində Ümid qaya adlı ərazisində qədim Qobustandakı daşlarda olduğu kimi qayalar üzərində müxtəlif işarələr və yazılar mövcuddur. Sara Aşurbəyli yazır ki, bu sahə Abşeronda ən qədim tapıntıdır. Kənd iki tərəfdən qayalıqlarla əhatələnib. Gün çıxan tərəf Bilgəh kəndi, gün batan tərəf isə Kürdəxanı və Pirşağı kəndləri ilə qonşudur.
Mədəniyyəti:
Kənddə II Şah Abbasın dövründə inşa edilən qədim Həci Bəxşi məscidi (Bu məscidə bitişik halda Azərbaycanda yeganə olan üstü açıq məscid yerləşir), onunla üzbəüz yerləşən Şah Abbas karvansarası, Qədim Qala, Məscid-mədrəsə kompleksi (bu kiçik qədim məscid "Qərib cinlər diyarında" filmində ev kimi göstərilib), həmçinin Cümə məscidi, Hacı Qulaməli məscidi, Dırbay məscidi, Ağa məscidi, bir neçə su ovdanları (bu su ovdanlarında biri "Sehirli xalat" filmində xanın piləkanları çıxaraq qaçdığı səhnədə göstərilir), bundan əlavə qədim hamamlar və qədim qəbristanlıqlar, qədim qəbrüstü yazılı daşlar da mövcuddur. Kənddə Şirvanşahların dövründə tikilmiş gözəl memarlıq üslubunda olan Xan Bağı mövcuddur. Bu Xan sarayından dənizə, kənd qalasına, Ziyarətgaha və sonu bilinməyən istiqamətə gedən yeraltı yollar var. Bu kənddə Qalagah, Qədəmgah, Paçan, Küladüz, Əlməgə, Ümüd qayası və s. adda qədim yer adları var.
Nardaranın tarixi abidələri:
· Nardaran məscidi
· Nardaran piri
· Şirvanşahların yay iqamətgahı‎
· Hacı Bəxşi məscidi‎
Bakının Nardaran kəndinin tarixinin eramızdan əvvəl tunc dövrünə aid edən dəlillər оnun "Qalagah" adlanan ərazisində mağaralar içərisində ilk insan məskənlərinin aşkar оlunması ilə sübut оlunmuşdur. Nardaran və Bilgəh kəndləri arasındakı qayalıqlar üzərindəki astrоlоji işarələrin tapılması burada əhalinin İslam dininə qədərki dövrdə Zərdüşt dini təriqəsində оlması ideyasını irəli sürməyə imkan verir. E.ə. 3-cü minilliyə aid оlan bu "Ümidqaya" abidəsi Abşerоn yarımadasının ən əhəmiyyətli arxeoloji tapıntısı hesab оlunur. Hazırda Nardaran ərazisindəki tarixi memarlıq irsinin yalnız оrta əsrlərə mənsub оlması, kəndin dəfələrlə qum laylarının altında qalmasından irəli gəlir. Bunu ərazidə aparılan qazıntılar nəticəsində tapılmış yaşayış binaları, keramika, dulusçuluq, metal əşyalar, heyvan və insan sümükləri sübut edir.
Əhalisi:
1893-cü il statistik məlumatlarına görə Nardaran kəndində yaşayan əhalinin 1016 nəfəri kişi, 814 nəfəri qadın olmaqla ümumilikdə 1830 (325 tüstü) sakin var idi.  01.01.2018-ci il tarixinə olan rəsmi məlumata əsasən qeydiyyatda olan əhalinin sayı 10.100 nəfərdir.

 

Keçidlər