Şriftin ölçüsü :

Saytın rəngi :

Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsi

 
  Müəssisə - etnik və dini mənsubiyyətindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq,özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan ahıl şəxslərə (bundan sonra- ahıl şəxslər) sosial xidmətlərin göstərilməsi üçün nəzərdə tutulmuş sosial xidmət müəssisəsidir. Müəssisə 1964-cü ildə Azərbaycan SSR Sosial Təminat Nazirliyinin nəzdində təşkil edilmiş “Müharibə və əmək əlilləri üçün pansionat”ın bazasında onun hüquqi varisi olaraq yaradılmışdır.
  Ahıl şəxsləri münasib yaşayış şəraiti ilə təmin etmək, ahıl şəxslərə xidmət və qayğı göstərmək, onlarla mədəni-kütləvi iş aparmaq, ilkin tibbi yardımı, ixtisaslaşmış tibb mütəxəssisləri tərəfindən tibbi məsləhət yardımını təşkil etmək, həmçinin ehtiyacı olan ahıl şəxslərin müalicə-profilaktika müəssisələrinə yerləşdirilməsini təmin etmək müəssisənin əsas məqsədlərini təşkil edir.
  Müəssisə iki korpusdan ibarətdir: 1-ci korpus 2 mərtəbəlidir, ümumi 150 yerlikdir (2015-ci il yenidən təmir olunmuş), 2-ci korpus 5 mərtəbədən ibarət olub ümumi 170 yerlikdir(2013-cü il yeni inşa olunmuşdur).
 
Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsi
 
 
AZ 1094
Bilgəh qəsəbəsi
 
İşçi-57
2 korpus var-
170 və130
Nəfərlik
(63 yaşdan)
220 nəfər
 
Direktor
 
Mehtiyeva Samirə
 
455-74-04
455-74-64

 

Keçidlər