Şriftin ölçüsü :

Saytın rəngi :

4 saylı uşaq musiqi məktəbi

 
  4 saylı Uşaq Musiqi Məktəbinin yaranma tarixi 1926-1927-ci illərdən başlayır. Bakıda fəaliyyət göstərən musiqi studiyasının nəzdində 1926-cı ildən Bakının Balaxanı, Sabunçu, Bakıxanov qəsəbələrinin filialları fəaliyyət göstərirdi. 1933-cü ildən bu musiqi studiyaları sonralar musiqi məktəbinin yaranmasında müəyyən rol oynamış və Azərbaycan Respublikası Xalq Maarif Komissarlığının Milli Azlıqları Şurasının nəzdində təşkil edilmişdir. 1950-ci ildən Razin qəsəbəsi (indiki Bakixanov) filialı müstəqil məktəb kimi fəaliyyətə başlamışdır. 1950-ci ildən 1994-cü ilə kimi məktəbdə direktor vəzifəsini ilk Əməkdar Müəllim Aleksey Mixayloviç Vladimirov icra etmişdir. Məktəbin ilk yarandığı dövrdən 1930-cu illərin əvvəllərində L.V.Rostrapoviç və S.N. Rostropoviçlərin şagirdlərə violonçel və fortepiano üzrə dərs verməsi haqqında dövlət arxiv sənədlərində məlumatlar vardır. Rostropoviçlərin musiqi fəaliyyəti Bakı şəhərinin musiqi həyatında o cümlədən Sabunçu, Balaxanı, Bakıxanov fəhlə bölmələrində müəyyən iz buraxmışdır. Balaxanıda Cahangir Cahangirov kimi bəstəkarın yetişməsi deyilənlərə əyani sübutdur. Digər görkəmli bəstəkar A.Zeynallı biləvasitə L.Rostropoviçdən violonçel dərsi almışdır. İstedadlı tarzən Məmmədxan Bakıxanov tar sinifi üzrə uzun illər məktəbdə dərs demişdir. Məktəbin kollektivi yaşlı nəslin miras qoyduğu layiqli ənənələri qoruyub saxlamaqla öz işlərini günün tələbləri səviyyəsində davam etdirirlər. Məktəbin çoxlu sayda şagirdlərinin Azərbaycan Respublikasında va digər MDB ölkələrində musiqi sahəsində çalışması buna əyani sübutdur. Hal-hazırda məktəbin müəllim heyətinin 40%-dən çoxu məktəbin məzunlarından ibarətdir. Məktəbdə fortepiano, skripka, k1arnet, fleyta, tar, kamança, qarmon, balaban, nagara, xanəndə, kanon ixtisasları üzrə dərslər tədris olunur. Məktəbin xor ko1lektivi, xalq çalğı alətləri orkesteri müxtəlif ixtisaslar üzrə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi Respublika müsabiqələri və festivalların daima iştirakçıları və laureatları olmuşlar. 2007-ci ildə zəmanəmizin görkəmli bəstəkarı Q.Qarayevin adına keçirilən müsabiqənin “Qran Pri” mükafatına və Prezident taqaüdünə layiq görülmüş Zeynalov Rüstəm Samir oğlu 4 saylı Uşaq Musiqi Məktəbinin yetirməsidir. 2015-ci il A.Dadaşov adına III Beynəlxalq Respublika Müsabiqəsində “Qran Pri”yə layiq görülən Nigar Quliyeva da 4 saylı Uşaq Musiqi Məktəbinin yetirməsidir. 2016-ci  il  XIII  Respublika  Xor  Müsabiqəsində  Məktəbin  xor kollektivi III yerə layiq görülmüşdür. III Respublika Vokal Müsabiqəsində iştirak edən Əsədli İsmayıl I yerə layiq görülmüşdür. Elə həmin ildə keçirilən Respublika fortepiano Müsabiqəsində məktəbin 3 şagirdi iştirak edərək hər biri uğur əldə etmişdir. Hal-hazirda məktəbdə çalışan kollektiv məktəbin adının daim yüksəklərdə səslənməsi  üçün əlindən gələni əsirgəmir.
 
 
Sıra
No.
Müəssisənin adı
Ünvan
Ad,Soyad,Ata adı
Vəzifə
İşçi
sayı
Şagird sayı
ixtisas
Telefon
 
1.
4 saylı uşaq musiqi məktəbi
АZ 1040
Bakıxanov qəsəbəsi,
М.Gəncəvi küç.2 (əsas bina)
X.Xasməmmədov 2 (filial)
Rəhmanova Dilbər Zakir qızı
Direktor
107
382
11
425-50-25
Qocayeva Aybəniz Cümşüd qızı
Müavin
425-22-40

 

Keçidlər