Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsi

 
ZəlimxanYaqub - Azərbaycanın xalq şairi (2005), ictimai xadim.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı (1995-2005)
 
 
 
  Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur.
  1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir.
  1973-cü ildən 1978-ci ilə qədər "Azərkitab" sistemində, "Kitab pasajı" adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər "Yazıçı" nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb. 1995-2005-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur.
  İlk şeiri 1966-cı il oktyabrın 4-də, Gürcüstan SSR Bolnisi rayon qəzeti "Qələbə bayrağı"nda dərc edilib.
  1983-cü ildən AYB-nın üzvüdür.
  2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
  1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
  Rəsmi nümayəndə heyətinin tərkibində 1995-2000-ci illərdə Çində,  Səudiyyə Ərəbistanında,  Almaniyada,  ABŞda,  İsveçdə,  İsveçrədə,  Qırğızıstanda,  Türkiyədə,  Fransada və İraqda işgüzar səfərlərdə olub.
  Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.
 
Mükafatları
Məmməd Araz ədəbi mükafatı (1995) ilə, "Şair harayı", "Vətən yaralar", "Sizi qınamıram" və "Ziyarətin qəbul olsun" kitabına görə H.Z.Tağıyev adına mükafatla (1995), "Şöhrət" ordeni və Gürcüstan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.
2005-ci ildə "Azərbaycanın xalq şairi" fəxri adına layiq görülüb.
5 oktyabr 2012-ci ildə Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olunub. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası xalq şairini Fəxri diplom və medalla təltif edib.
Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının beynəlxalq Ödül Komitəsinin 7 fevral 2014-cü il tarixli qərarıyla Azərbaycanın xalq şairi Zəlimxan Yaqub Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olunub. Xatırladaq ki, iki ildə bir dəfə Türk dünyası yazarları arasından bir nəfərin təltif olunduğu bu mükafata Azərbaycandan ilk dəfə layiq görülən Zəlimxan Yaqubdur.
 
Fəxri üzvlükləri
2009-cu il iyunun 6-da Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının "Türk dünyasına hizmət" mükafatına layiq görülərək həmin Akademiyanın fəxri doktoru seçilib.
2010-cu ildə Zəlimxan Yaquba Gürcüstan-Azərbaycan dostluğu mövzusunun poetik işıqlandırılmasında xüsusi xidmətlərinə görə Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəxri doktoru adı verilmişdir[6].
 
Kitabları
  • Şair harayı
  • Vətən yaralar
  • Sizi qınamıram
  • Ziyarətin qəbul olsun
  • Od aldığım ocaqlar 
  • Mən sənin qəlbinə necə yol tapım
  • Böyük ömrün dastanı
  • Qayıdaq əvvəlki xatirələrə
  • Gözlərimin nurudu doğulduğum bu torpaq
  • Mən bir dağ çayıyam
  • Əbədiyyət dastanı
  • Сказы саза
  • Peyğəmbər (poema)
  • Özün basdırdığın ağaca söykən (I cild). Bakı. "Şərq-Qərb"
  • Özün basdırdığın ağaca söykən (II cild). Bakı. "Şərq-Qərb"
  • Mövlana. Bakı: "Vətən", 2012. - 194 səh.
  • Seçilmiş əsərləri,
  • Məni sabahıma qovuşdur, ana. Bakı. "Elm və təhsil"

 

Nuriyyə Əhmədova –Azərbaycan kinoaktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007),
Prezident təqaüdçüsü (2004–2015)

 

  Nuriyyə Əhmədova 1950–ci il 26 dekabrda Bakıda (bəzi mənbələrə görə Şəkidə) anadan olub. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq fakültəsində təhsil alıb (1970–1974). İlk əmək fəaliyyətinə 1968-ci ildə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982–ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
  2007-ci ildə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.
  İki övladı olub: ilk övladı olan qızı İlahə 20 yaşında (1976–1996) qətlə yetirilmiş, ikinci övladı olan oğlu Əli isə 37 yaşında (1977–2014) xərçəng xəstəliyindən vəfat etmişdi. Qız övladından Faiq İbadzadə (d. 1996) adlı nəvəsi var.
  Nuriyyə Əhmədova 10 oktyabr 2015-ci ildə saat 04:30–da kəskin ürək tutmasından Bakıda vəfat etmişdir. Vəsiyyətinə əsasən Şüvəlan qəbiristanlığında oğlunun və qızının məzarlarının yanında dəfn olunmuşdur.
 
Filmoqrafiya
  • 20+1 (film, 1986) (qısametrajlı bədii süjet – Mozalan № 105)
  • 777 №-li iş (film, 1992) (tammetrajlı bədii film)
  • Adi əhvalat (film, 1991) (qısametrajlı bədii süjet – Mozalan № 161; rol: sakin)
  • Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film; səsləndirən: Daşa)
  • Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film; dublyaj: Bikə)
  • Araqarışdıran (film, 1987)
  • Arşınmalçı (film, 1985)
  • Aşkarsızlıq şəraitində... (film, 1986)
  • Bağ mövsümü (film, 1985)
  • Bala-başa bəla! (film, 1995)
  • Balqabaq (film, 2007)
  • Belə də olur (film, 1988)
  • Beşmərtəbəli evin altıncı mərtəbəsi (film, 1996)
  • Bəxt üzüyü (film, 1991)
  • Bəxtəvər (film, 1984)
  • Bəyaz həyat (film, 2003)
  • Bəyin oğurlanması (film, 1985)
  • Bir axşam... (film, 1985)
  • Bircəciyim (film, 1986)
  • Burulğan (film, 1986)
  • Cavanşir (film, 2002)
  • Cəmşid Naxçıvanski (film, 1982)
  • Cəza (film, 1986)
  • Dəvətnamə (film, 1989)
  • Dünən, bu gün, sabah (film, 1992)
  • Evlənmək istəyirəm (film, 1983)
  • Evləri göydələn yar (film, 2010)
  • Əbədi mühərrik (film, 1985)
  • "Fransız" (film, 1995)
  • Gecə qatarında qətl (film, 1990)
  • Halal pullar (film, 2008)
  • Heydər Əliyev (film)
  • Hədiyyə (film, 1986)
  • Həm ziyarət, həm ticarət... (film, 1995)
  • Hər şey yaxşılığa doğru (film, 1997)
  • Hökm (film, 1994)
  • Humayın yuxusu (film, 1985)
  • İntihar (film, 1991)
  • Jonqlyor (film, 1986)
  • Kişi sözü (film, 1987)
  • Kitabi Dədə Qorqud. Basat və Təpəgöz (film, 2003)
  • Komediya səhnəsi (veriliş, 2009)
  • Köhnə bərə (film, 1984)
  • Kölgədə 40 dərəcə isti (film, 1987)
  • Köpək (film, 1994)
  • Qara "Volqa" (film, 1994)
  • Qarət (film, 1990)
  • Qeyri-adi ov (film, 1976)
  • Qəm pəncərəsi (film, 1986)
  • Qətl günü (film, 1990)
  • Qəzəlxan (film, 1991)
  • Layiqli namizəd (film, 1984)
  • Lovğa fil balası (film, 1987)
  • Mastika (film, 1986)
  • Meyl (film, 1988)
  • Milli bomba (film, 2004)
  • Ölsəm... bağışla (film, 1989)
  • Ömrün yolları (film, 1982)
  • Özgə ömür (film, 1987)
  • Sahilsiz gecə (film, 1989)
  • Söhbətül-əsmar (film, 1994)
  • Su bulandıranlar (film, 1991)
  • Süd dişinin ağrısı (film, 1987)
  • Sükut pozuntusu (film, 2014)
  • Şahid qız (film, 1990)
  • Şirbalanın məhəbbəti (film, 1991)
  • Təhminə (film, 1993)
  • Tək olanda qorxma... (teleserial, 2013)
  • Telefon macəraları (film, 1990)
  • Təxribat (film, 1990)
  • Tutuquşu (film, 1985)
  • Ümid (film, 1992)
  • Vərdiş (film, 1988)
  • Vəssəlam-şüttəmam (film, 1990)
  • Yaramaz (film, 1988)
  • Yaşıl eynəkli adam (film, 1987)
  • Yeni həyat (film, 2005)
  • Yenilik (film, 1986)
  • Yerlə göy arasında (film, 1999)
  • Yol yoldaşları (film, 2003)
  • Yoxlama (film, 2006)
  • Yumurta (film, 2003)
  • Yuxu (film, 2001)
  • Zirzəmi (film, 1990)
 
Şahin Atamov - Azərbaycan karateçisi, dünya çempionu, ikiqat Avropa çempionu.
Ümumdünya karate oyunlarının Bürünc mükafatçısı (2013)

 

  Şahin Atamov 1986-ci il 30 iyulda dünyaya göz açmışdır. Gələcək çempion 8 yaşından karate ilə məşğul olur. 10 yaşından etibarən ölkə çempionatında qalib olan Şahin, qısa müddət sonra beynəlxalq turnirlərdə qızıl və bürünc medalara sahib çıxır.
 
  Şahin Atamov karate üzrə dünya çempionu və Dünya Kubokunun sahibidir. Bununla yanaşı, 2013-cü ildə Sankt-Peterburqda keçirilən 2-ci Döyüş Növləri üzrə Dünya Oyunlarının qalibidir. 2010-cu ildə Belqradda keçirilən dünya çempionatında fərdi şəkildə bürünc medalın sahibi və 2012-ci ildə Parisdə keçirilən dünya çempionatında fərdi şəkildə gümüş mükafatçısıdır. Ən əlamətdar uğurlardan biri isə 2013-cü ildə İndoneziyada keçirilən İslam Oyunlarındakı gümüş hesab edilə bilər.

 

Keçidlər