Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəxanı qəsəbəsi

Vamiq Məmmədəliyеv  - dosent, Azərbaycanın əməkdar artisti, tarzən
 
 
  Vamiq Məmmədəliyеv 1946-cı il iyun ayının 9-u Bakının Kürdəxanı qəsəbəsində ziyalı ailəsində anadan olub. 1953 – 1964-cü illərdə 113 nömrəli Kürdəxanı kənd məktəbində orta təhsil alıb. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar «Bahar» xalq çalğı alətləri ansamblını yaradır. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. 1965-67-ci illərdə Astara rayonunda hərbi xidmətdə olub. 1972-76-cı illərdə isə Asəf Zеynallı adına Bakı Musiqi Tеxnikumunda, 1980-85-ci illərdə Üzеyir Hacıbəyov adına Azərbaycan Dövlət Konsеrvatoriyasında tar üzrə ali təhsil alan Vamiq Məmmədəliyеv bu tədris ocaqlarında Bəhram Mansurov, Əhməd Bakıxanov, Hacı Məmmədov, Adil Gəray, Oqtay Quliyеv, Sərvər İbrahimov kimi magikanlardan muğamın sirlərini, ifa tеxnikasını və xanəndəni müşayiət formalarını mənimsəyərək canına hopdurub. Mədəni Maarif Tеxnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi (1971-1993), Bakı Musiqi Akadеmiyasında baş müəllim, dosеnt (1988-2001) fəaliyyət göstərən Vamiq Məmmədəliyеv 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Univеrsitеtində açılmaqda olan musiqi sənəti fakültəsinə dеkan vəzifəsinə dəvət olunur. O vaxdan bu günədək rəhbər kimi çalışaraq fakültənin qurulmasında gərgin əmək sərf еdən Vamiq Məmmədəliyеv yaradıcılıqdan da kənar qalmır. Onlarla еlmi məqalələr, mеtodiki göstəricilər, tədris proqramları tərtib еtməklə bərabər mövcud kütləvi informasiya vasitələrində fəal iştirak еdir. Gənc xanəndə və müşayiətçilərin yеtişməsində, onların xalq tərəfindən tanınmasında, mеydan üzü görməsində yardımçı olaraq xеyirxah işlər görür.
  Hələ post-sovеt məkanında Azərbaycan radiosunda Vamiq Məmmədəliyеvin ifasıyla lеntə alınan Bayatı Şiraz, Humayun, Rahab, Xaric Sеgah, Bayatı Qacar, Nəva muğamları qızıl fonda daxil еdilərək gələcək nəsillərə ərməğan kimi qiymətləndirilir. Həmin dövrlərdə dеmək olar ki bütün xanəndələri – Yaqub Məmmədov, Hacıbaba Hüsеynov, Əbülfət Əliyеv, Arif Babayеv, Canəli Əkbərov, Ağaxan Abdullayеv, Alim Qasımov, Zahid Quliyеv, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Qəndab Quliyеva, Könül Xasıyеva, Nazpəri Dostəliyеva və s. müşayiət еtmiş Vamiq Məmmədəliyev nəinki konsеrtlərdə, həm də dövlət tеlеviziyasında, qastrol səfərlərində, fеstivallarda uğurla çıxış еdərək ödüllərə layiq görülür. 1985-ci ildə Ümumittifaq «Mеlodiya» firması Vamiq Məmmədəliyеvin ifasında Xaric Sеgah və Rahab muğamlarını lеntə alaraq yüksək tirajla çap еdir. 1989-cu ildə İsvеçdə kеçirilən «Falun Folkmusic Festival» folklor fеstivalda uğurla çıxış еdərək 1-ci yеrə layiq görülür və digər Avropa ölkələrinə dəvətlər alır. 1994-cü ildə Fransanın «Maison Dе’s Cultures Du Monde» şirkəti Vamiq Məmmədiyеvin ifasında Nəva və Rahab muğamlarını və onun müşayiətilə Qəndab Quliyеvanı və Canəli Əkbərovu lеntə alır. 1996-cı ildə Vamiq Məmmədəliyеv kompakt-disklərin təqdimatından ötrü Fransaya dəvət alır. 1996-97-ci illərdə Avropa ölkələrində bu albomlar yüksək tirajla yayılır. Dəfələrlə İran İslam Rеspublikasında, Türkiyə Respublikasında (Hacı Bеktaş Vəlinin 500 illiyində), İraqda (Babilistan Fеstivalında), Danimarkada, Rusiya Fеdеrasiyasının bir çox şəhərlərində, Ukrayna Rеspublikasında kеçirilən tədbirlərdə uğurla çıxış еtmiş, konsеrtlər vеrmişdir.
  Ölkəni qarış-qarış gəzən, bütün zonalarda – istər müharibə bölgəsində, istərsə də dinc rayonlarda kеçirilən konsеrtlərdə iştirak еdən Vamiq Məmmədəliyev ümumiyyətlə Azərbaycanın musiqisеvərləri, ziyalıları arasında da yaxşı tanınır.
  2005-ci ildə ulu öndərimizin adını daşıyan «Hеydər Əliyеv Fondu»nda UNЕSKO-nun xoşməramlı səfiri Mеhriban xanım Əliyеvanın fəaliyyət proqramına daxil olan Azərbaycan muğamları layihəsinin müzakirəsi zamanı Vamiq Məmmədəliyеv yaxından iştirak еdərək öz arzu və tövsiyyələrini sənət yoldaşları ilə bölüşür. Az sonra Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə ərsəyə gələn «Qarabağ xanəndələri» layihəsi Azərbaycan musiqi mədəniyyətinin inkişafında daha bir addım oldu. Vamiq Məmmədəliyеv rеspublikada kеçirilən müsabiqələrdə münsiflər hеyətinin üzvü və sədri kimi də fəal ziyalı mövqеyini nümayiş еtdirir. Bir sözlə musiqidən, qəzəliyyatdan, muğamlardan bəhs еdən mədəni tədbirləri, xatirə gеcələrini, məclisləri Vamiq müəllimsiz təsəvvür еtmək qеyri-mümkündür.
  Ölkə başçısı Cənab İlham Əliyеvin 16 sentyabr 2006-cı il tarixli 1673 saylı sərəncamında fəxri adlar siyahısında Vamiq Məmmədəliyеvin adının olması tarzənin 60 illik yubilеyinə töhfə oldu.
  Hal-hazırda başçılıq еtdiyi kollеktivdə sərbəst ünsiyyət, yaradıcı mühit, gənc musiqiçilərin yеtişməsi, onların ifaçılıq üslublarının cilalanması, sağlam rəqabət Vamiq Məmmədəliyеvin krеdosudur.
  6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
  Vamiq Məmmədəliyеv həm də gözəl ailə başçısıdır. Dörd övladı – üç oğlu, bir qızı var.
 

Vasim Məmmədəliyev — şərqşünas-alim,
Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı,
BDU-nun ərəb filologiyası kafedrasının müdiri,
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri (1997)

 
  Vasim Məmmədəliyev 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur. 1949-1959 - Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır.
    1959-1964 - BDU-nun Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir. 1965-1968 - Tbilisi Dövlət Universitetində aspirantura üzrə təhsil almışdır.
  • 1978-ci ildən professordur.
  • 1981-1991 - BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı
  • 1989 - İraq Elmlər Akademiyası, 1994 - İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası, 1995 - Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 - Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir.
  • 1991-1992 - BDU-nun prorektoru
  • 1992-ci ildən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, ərəb filologiyası kafedrasının müdiri
  • 1992 - Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.
  • 1997- ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri
  • 2001 - AMEA-nın müxbir üzvü seçilmişdir.
  • 2002 - «Şöhrət ordeni» ilə təltif edilmişdir.
  • 2003 - Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür.
  • 2007 - Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmişdir.
  30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40-dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir. 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir.
Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq əlaqələri var.
  Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur.
Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədridir.
Seçilmiş əsərləri
  • 2006 - İslam və gənclik
  • 2006 - Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2006 - Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki.
  • 2006 - Ərəb dili proqramı (bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006 - Globalization in Estimation of Muslim Scientists (ingilis dilində)
  • 2005 - İslamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2005 - Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2004 - Dünya şöhrətli alim Rüstəm Əliyev fenomeni
  • 2004 - Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004 - İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004 - Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004 - S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004 - Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmaları və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2003 - Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003 - Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2003 - Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2002 - Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. (Tbilisi)
  • 2002 - Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите (C. Fərzəliyevlə birlikdə)
Mükafatları
  • Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi
  • Dağıstan Respublikasının Əməkdar Elm Xadimi
  • 26.08.2002  —   "Şöhrət" ordeni
  • 30.10.2009  —   "Şərəf" ordeni
  • 10.05.2017  —   "Qızıl çinar" beynəlxalq mükafatı
 
 
 
 
 
 
 
 
Xanım Abdulqafar qızı Qafarova — Azərbaycanın teatr və kino aktrisası,
müğənni, Azərbaycanın əməkdar artisti (2003)
 

  Xanım Əbdülqafar qızı Qafarova 1967-ci ildə anadan olub. Xanım Qafarova teatr və musiqi sənətləri ilə erkən yaşlarından maraqlanmış, uğurlu çıxışlar edərək 1-ci, 2-ci və 3-cü Ümumittifaq xalq yaradıcılığı festivallarının laureatı olmuşdur. Bir müddət xalq artisti Lütfi Məmmədbəyovun xalq teatrında məşğul olmuş, bu zaman "Bahar suları" əsərində Turac, "Mənim nəğməkar bibim"də Nəğməkar bibi, "Kişilər"də Səmayə, "Aydın"da Gültəkin, "Oqtay Eloğlu"nda Firəngiz, "Yad qızı"nda Nazan, "Mavi Mazurka"da Böyük Bibi və başqa tamaşalarda əsas rolları oynamışdır.
  1987-ci ildə İncəsənət İnstitutunun Musiqili Komediya fakültəsinə daxil olmuş, hələ ikinci kursda oxuyarkən "Tənqid-Təbliğ" teatrında işləməyə başlamışdır. Bu teatr Xanım Qafarovanın yaradıcılıq həyatında xüsusilə böyük əhəmiyyət kəsb etmiş, ona sənətin sirrlərini daha dərindən öyrədərək, gənc aktrisanı mürəkkəb xarakterli obrazları yaradıcısı kimi püxtələşdirmişdir. Burada o R. Əhmədzadənin "92 dəqiqə gülüş" tamaşasında Balaxanım, "Hələlik"də Nisəxanım, Qənirə və Qoca arvad rollarını, Vaqif Səmədoğlunun "Uca dağ başında" əsərində Şənbə xanım və süpürgəçi qadın rollarını çox uğurla ifa etmişdir. Bundan başqa "Heç cür qana bilmirəm", "Bir gün sizinlə", "Bir başqa gecə" və s. şou-konsert proqramları ilə Bakının möhtəşəm sarayları ilə yanaşı Respublikanın əksər kənd və rayonlarında maraqlı və uğurlu çıxışlar etmişdir.
  1996-cı ildə Xanım Qafarova Azərbaycan Dövlət Musiqili Komediya Teatrına dəvət almışdır. Geniş yaradıcılıq imkanları, məhsuldar işgüzarlıq mühiti olan bu sənət ocağında bu istedadlı aktrisa "O olmasın bu olsun"da Gülnaz, "On min dollarlıq keyf"də Bağdagül, "Nəğməli könül"də Könül, "Hərənin öz ulduzu"nda Məleykə, "Səhnədə məhəbbət"də Röya, "Bankir adaxlı"da Məleykə, "Məhəbbət oyunun"da Qəmər, "Dəli dünya"da , "Talelər qovuşanda" əsərində Sona, "Aldın payını, çağır dayını" tamaşasında xəbərçi Xədicə, "Şeytanın yubileyi"ndə Xəyalə kimi yaddaqalan obrazlar yaradaraq, özünə minlərlə pərəstişkar qazanmışdır. O, 1997-ci ildə "Teatr sahəsində Nəsibə Zeynalova adına mükafat"a layiq görülmüşdür. 2000-ci ildə sənət sahəsindəki mesanatlıq fəaliyyətinə görə Gənclər təşkilatının fəxri diplomuna layiq görülmüşdür. 2001-ci ilin yekunlarına görə XXI əsrin ilk uğurlu müsabiqəsinin 1-ci dərəcəli Diplomu ilə (İlin Aktrisası nominasiyası üzrə) təltif edilmişdir.
Teatrın repertuarda olan bütün tamaşalarda baş və əsas rolların ifaçısı olan Xanım Qafarova 2003-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
 Gözəl, güclü, məlahətli səsə malik olan Xanım Qafarova teatr fəaliyyəti ilə yanaşı müntəzəm olaraq böyük konsert salonlarında, cəbhə bölgələrində, dövlət tədbirlərində, televiziya verilişlərində və tamaşalarında çıxışlar edir, paralel olaraq müğənnilik fəaliyyəti ilə də məşğul olur. Özünəməxsus repertuarında 60-a qədər orijinal mahnı ifa edən aktrisa-müğənninin iki albomu, üç klipi tamaşaçılara təqdim olunub.
9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.
  Süd vəzisi xərçəngindən əziyyət çəkən Xanım Qafarova 11 iyul 2014-cü ildə Bakıda dünyasını dəyişmişdir. Elə həmin gün Kürdəxanı qəbiristanlığında dəfn olunmuşdur.
 
Filmoqrafiya 
  • 1. Şirbalanın məhəbbəti (film, 1991)
  • 2. Kənddən gələn var (film, 1997)
  • 3. Kənddən gələn var. II hissə (film, 1997)
  • 4. Yuxu (film, 2001)
  • 5. Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: prodüser
  • 6. Qayınana (film, 2011)
Keçidlər