Bakı Dövlət Sosial-İqtisad Kolleci
Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli, 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli, 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Bakı Plan-İqtisad Texnikumu 1966-cı ildən 2002-ci ilədək fəaliyyət göstərmişdir. "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli qərarı ilə həmin texnikumun bazasında Bakı Dövlət Sosial-İqtisad Kolleci yaradılmışdır.
Kollecdə hal-hazıda aşağıdakı ixtisaslar üzrə təhsil proqramları həyata keçirilir:
- Arxiv işi və kargüzarlıq;
- Mühasibat uçotu;
- Bank işi;
- Maliyyə işi;
- Vergi və vergitutma;
- Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı;
- Sosial iş.
Laçınov Şəhriyar Balamət oğlu |
Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru
|
Bakıxanov qəsəbəsi R.Qəmbərov 61
428-62-46
|