Şriftin ölçüsü :

Saytın rəngi :

337 №-Lİ TAM ORTA MƏKTƏB

Ramana - 1512 , Tural Əsgərli küçəsi
Bakı şəhəri, Sabunçu rayonu, Ramana-1512, Tural Əsgərli küçəsində yerləşən 337 nömrəli tam orta məktəb 2020- ci ildə tikilib istifadəyə verilmişdir. Üçmərtəbəli bina 1200 şagirdin təhsil alması üçün nəzərdə tutulmuşdur. Şəhid və qazi ailələri üçün salınmış Ramana-1512 qəsəbəsindəki sosial binalardan ibarət ərazinin  mərkəzində yerləşir. Respublikanın müxətlif bölgələrindən şəhid və qazi ailələrinin bu əraziyə köçməsi ilə bağlı məktəbin şagird sayı davamlı olaraq  artır. Hazırda məktəbdə 1288 nəfər şagird təhsil alır. 46 sinif otağı və 10 kabinet onların istifadəsindədir.
Ümumi Təhsil məktəbinin nizamnaməsinə uyğun olaraq məktəb öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Ümumi təhsil haqqında” qanunlarını və digər müvafiq normativ hüquqi aktları rəhbər tutaraq, məqsədi Azərbaycanın uğurlu gələcəyinə gedən yolda əsl vətəndaş yetişdirmək üçün sağlam mühit şəraitində təhsilin keyfiyyətinini yüksəltməkdir.
Məktəbin ərazisi 14530 kv.m (eyni zamanda voleybol və basketbol meydançaları), binanın ərazisi 4315 kv.m-dir. Bina istilik sistemi ilə təchiz olunmuşdur və öz qazanxanası var. Hal-hazırda 70 pedaqoji kadr və 18 texniki işçi fəaliyyət göstərir. Bir növbəli və beşgünlük işləyən məktəbdə tədris Azərbaycan bölməsi üzrə aparılır, xarici dil kimi ingilis və rus dilləri  tədris olunur.
Keçidlər