Şriftin ölçüsü :

Saytın rəngi :

ALİ TƏHSİL MÜƏSSİSƏSİ

Müəssisənin adı
Ünvanı
Soyadı, adı və atasının adı
Telefon nömrəsi
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük Akademiyası
Zabrat-Maştağa şossesi, sol kənar, 2
Novruzov Qulu Novruz oğlu
012-404-22-00
(daxili:33-00)
012-448-08-71/72
Müavin
 
Hümbətov Ramiz Topuş oğlu
012-404-22-00
(daxili:33-03)
Fəaliyyəti barədə
 
2014-cü ilin sentyabr ayından fəaliyyətə başlamışdır.
İqtisadiyyat və hüququşünaslıq ixtisasları üzrə tədris aparılır.
İşçi- 27 nəfər
Konfrans zalı- 50-60 nəfər
Tələbə sayı-176 nəfər
 
 
  Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi üçün yüksək ixtisaslı kadrların hazırlanmasını, əməkdaşların ixtisaslarının artırılmasını və gömrük işi sahəsində elmi tədqiqatların aparılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının təsis edilməsi haqqında Sərəncam imzalamışdır.
  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 yanvar tarixli 1972 nömrəli Sərəncamına əsasən yaradılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
  Dövlət Gömrük Akademiyasının missiyası:
  Ölkəmizin əsas dəyərləri və strateji hədəflərinə uyğun təhsil vermək, universal etibarlılığı olan bilikli və bacarıqlı fərdlər yetişdirmək; elmə töhfə verəcək, ölkədə və dünyada istifadə edilə bilən və cəmiyyətə faydalı olacaq layihələr təqdim etmək, gömrük xidmətini yüksək səviyyəli kadrlarla təmin etmək, əməkdaşlarının və cəmiyyətin sosial, mədəni, bədii və idman inkişafına töhfə verəcək tədbirlər keçirməkdir. Öhdəsinə götürdüyü təhsil alanları öz sahələrində çox yaxşı tərbiyə edilmiş, yüksək ixtisaslı, müasir, insanlıq dəyərlərinə sahib çıxan uğurlu insanlar olaraq dünyamıza qazandırmaqdır.
  Akademiyanın fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:
  • gömrük işi üzrə yüksəkixtisaslı kadrların hazırlanması;
  • Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri üzrə kadrların əlavə təhsilinin həyata keçirilməsi;
  • gömrük işi sahəsində elmi tədqiqatların aparılması.
  •  Metodik işin təşkili və təkmilləşdirilməsi
  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Keçidlər