Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya mərkəzi
Təhsil Nazirliyi Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzi 2011- ci ilin aprel ayından fəaliyyət göstərir. Reabilitasiya Mərkəzi sağlamlıq imkanları məhdud uşaqlarda ünsiyyət, özünəxidmət və sadə əmək vərdişlərini formalaşdırır, çatışmazlıqların korreksiyası və fərdi təhsil proqramları üzrə məşğələlər keçirir, sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsinin və onların cəmiyyətə inteqrasiyasını təmin edir. Reabilitasiya Mərkəzində məşğələlər tərbiyəçilər və mütəxəssislər tərəfindən qrup və ya fərdi şəkildə təşkil olunur. Mütəxəssislər tərəfindən uşaqların ilkin qiymətləndirilməsi aparılır, hər bir uşaq üçün fərdi inkişaf planı tərtib edilir. Təyin olunan fərdi inkişaf planına əsasən psixoloji, defektoloji və loqopedik məşğələlər keçirilir. Eyni zamanda himayədarlarla mütəmadi görüşlər təşkil olunur, uşaqların inkişaf prosesi haqqında məlumat verilir. Bundan əlavə uşaqlar gün ərzində 4 dəfə isti yeməklə təmin olunurlar.
Soyadı, adı, atasının adı
|
İş yeri və vəzifəsi
|
Əlaqə nömrələri
|
Mehrəliyeva Nurlana Tofiq qızı
|
Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Reabilitasiya Mərkəzinin direktoru
|
455-71-90
|